Min Bir Dad

Frittata (İtalyan omleti)

Frittata (İtalyan omleti)

Frittata (İtalyan omleti)

Frittata (İtalyan omleti) 

Hər növ tərəvəzlərə, hətta çeşid-çeşid pendirlərə də yox deməyən bol malzəməli, qabarıq bir omlet haqqında düşünün.
Xəyalını qurduğunuz qəhvəaltılıq  omlet – İtalyan omleti olan Frittata.
Qısa zaman ərzində qızardılan tərəvəzlər, köpük-köpük olana qədər yaxşıca çırpılmış yumurtalar  və fırında tamamlanan   omlet.
Çörəklər də qızardısa süfrəyə keçmək olar.
 Ailələrin bir araya gəlib sevinclərini paylaşmaqları üçün bu omletin çox dəyərli olduğunu düşünən 1001 dad saytımız sizlərə bu tərifi çatdırmağı özünə borc bildi.
Yaxınlarınızla birlikdə bir süfrədə əyləşib nuş etməyinizi arzulayıram!

4 nəfərlik,

20 dəqiqəyə hazırlanır.

10 dəqiqəyə bişir.

 Lazım olan ərzaqlar:

4 yumurta,

2 ədəd kiçik kartof,

1 quru soğan,

8 ədəd göbələk,

200 q ispanaq,

 4 ədəd qurudulmuş pomidor,

8ədəd pomidor,

1/4 dəstə cəfəri,

3 yemək qaşığı  duru yağ, 

1/2 çay qaşığı  duz,

1/2 çay qaşığı  təzə çəkilmiş istiot,

Bişmiş noxud,

kök,

Xəbərdarlıq:

Hazırladığınız omleti mümkünsə geniş  və istiyə  davamlı  bir tavada fırında bişirin.

Əgər fırına böyük olan tava istifadə edəcəksinizsə hazırladığınız omleti o üz. bu üz qızartmalı olacaqsınız.

 Hazırlanma qaydası:

Qabığını  soyduğunuz quru soğanı  kiçik  doğrayın.

Kartofları   zər böyüklüyündə  kəsin.

Ayırtlayıb yuduğunuz cəfərinin yarpaqlarını  incə-incə doğrayın.

Qurudulmuş  pomidorları  uzununa  incə doğrayın.

Üzərlərini nəmli bir bezlə təmizlədiyiniz göbələkləri  incə- incə dilimləyin.

Bol suda yıuyub  qurutduğunuz  ısbanaqları əlinizlə parçalara ayırın.

Kənarları sıx olmayan və fırına yerləşə biləcək böyüklükdə  bir tavada duru  yağı qızdırın.

Doğramış olduğunuz  quru soğan və kartofları  xəfif bir rəng  alana qədər yüksək atəşdə qızardın.

Qurudulmuş dpomidor və göbələkləri də qatdıqdan sonra  qızartma işini  1-2 dəqiqə  daha davam edin.

Bütöv halda olan pomidorları və ispanaq  parçalarını əlavə edib qarışdırın.

Yumurtaları ayrı bir qabda  duz, təzə  çəkilmiş istiot və   incə doğranmış cəfəri qataraq yaxşıca çırpın. Fırını əvvəlcədən 180-200 dərəcəyə yaxın qızdırın.

Yumurta qarışımını qızartdığınız ərzaqların üzərinə əlavə edin.  eşit olarak dağılmamasını və pomidorların  üstdə qalmasını  təmin edin.

Arzuya görə bu aşamada rəndələnmiş pendiri əlavə edin.

Omleti əvvəlcədən qızdırılmış fırında 5 dəqiqəlik bir qısa zaman ərzində omlet qabarana qədər bişirin.

Fırından çıxartdııb   servis tabağına aldığınız omleti dilimlədikdən sonra servis edin.

 Nuş olsun!

So, what do you think ?