Min Bir Dad

Gəncə paxlavası

Gəncə paxlavası

Gəncə paxlavası

Gəncə paxlavası üçün lazım olanlar:

Xəmir üçün:

  • 1 stəkan qatıq,
  • 1 ədəd yumurta,
  • 1 stəkan gülab,
  • 250 q kərə yağı,
  • Bir çimdik duz,
  • Ala bildiyi qədər un,

Yuxaları yaymaq üçün:

  • Əlavə un,
  • Aralarına və üstünə tökmək üçün:

  • 500 q – 1 kq kərə yağı

İç üçün:

  • 2 kq qoz ləpəsi,
  • 2 kq şəkər tozu(Üstündən 1 st götürürük şərbət üçün),
  • Şərbət üçün:

  • 1 st şəkər tozu,
  • 1/2 st gülab,
  • 1 dilim limon,

Üz üçün:

  • Fındıq, qoz ya da badam ləpəsi,
  • 1 ədəd yumurta sarısı,
  • Zəfəran ya da qırmızı rəng,

Gəncə paxlavası hazırlanma qaydası:

  • Gəncə paxlavası hazırlamaq üçün unu bir qaba ələyib üstünə xəmir üçün olan bütün ərzaqları töküb yumşaq xəmir yoğurun.
  • Gülab ilə şəkər tozunu bir qazana töküb şərbəti bişirin.
  • İçinə bir dilim  limon əlavə edin.
  • Qozu qovurub soyutduqdan sonra maşından keçirib şəkər tozu ilə qarışdırın.
  • Kərə yağını əridin.
  • Yoğurduğunuz xəmiri iki yerə bölüb hər hissədən 11 kündə ( Yəni 22 kündə) hazırlayın.
  • Kündənin ikisini bir az böyük, qalanlarını balaca düzəldin.
  • Böyük kündədən birini göturub qalın yuxa yayın.
  • Tavanı kərə yağı ilə yağlayıb qalın yuxanı sərin. Yuxa kənarlardan üstə çıxmalıdır.
  • Tavaya sərdiyiniz yuxanı yağlayıb içlik tökmədən ikinci balaca kündədən yaydığınız yuxanı qoyun.
  • İkinci yuxanı yağlayıb içlikdən 1 st tökün.
  • Bu qayda ilə 10-cu yuxaya qədər qatları düzəldin.
  • Onuncu yuxanı da yayıb yağlayın.
  • Amma içlik səpməyin.
  • Böyük kündəni tavanın ağzı boyda yayıb 10-cu yuxanın üstünə qoyun.
  • Yanlarını bərkidin.
  • Eni 4 sm olmaqla romb şəklində kəsin.
  • Kəsilmiş paxlavanın üstünə ya rəng ilə yumurta sarısı qarışığı ya da zəfaran suyu ilə yumurta sarısı qarışığı çəkin.
  • Zövqə görə istəsəniz yumurtasız zəfəran suyu ya da yumurta sarısı da çəkə bilərsiniz. (Zəfərandən istifadə etdikdə fikir verin ki, dadı acı olanlardan olmasın.
  • Onda gəncə paxlavası yaxşı dadmayacaq.
  • Məsləhət görərdim ki, rəngdən istifadə edəsiniz.
  • Paxlavanın üzünün parıltılı olmağını istəyirsinizsə şərbətdən 2-3 xörək qaşığı götürüb 1 xörək qaşığı  bal ilə qarışdırıb əridib paxlava bişib hazır olanda isti-isti üzünə çəkin.
  • Sonra üstünü ləpələr ilə bəzəyin.
  • 15-20 dəqiqə saxladıqdan sonra 180 dərəcə qızdırılmış fırında üzü az qızaranadək bişirin.
  • Sonra çıxarıb yağ töküb yenidən fırına  qoyun.
  • Çıxardıqda kəsilən yerləri bir daha kəsin.
  • Sonra kəsilən aralara yağı tökün.
  • Üzü tamam qızardıqda sobadan çıxarıb üstünə yəni aralarına şərbəti toküb yenidən 2-3 dəqiqə fırına qoyub götürün.
  • Gəncə paxlavasını soyuduqdan sonra tavadan çıxarıb düz qablara yığın.
  • Bu qayda ilə ikinci tavada da gəncə paxlavasını hazırlayın.

So, what do you think ?