sayfa içeriği

Min Bir Dad

Gavalı qurusu

Gavalı qurusu

Gavalı qurusu

Gavalı qurusu

Meyvə qurutmaq  azəri mətbəxində qışda istifadə edə bilmək üçün hazırlanır.

Büyüklüklərinə görə  dilimlənən, çəyirdəkləri  çıxardılan təzə meyvələri günəşdə qurudaraq  öz sularını bəlli bir miqdara  qədər itirməsi nəticəsində hazırlanır.

Günəş görən, havalı  bir yerdə qurudulması lazım olan  meyvələrin bayırda bulanmaması üçün üzərinə nazik bir cuna örtmək tövsiyyə olunur.

Çox  yumşaq olmayan ancaq ətli olan ərik növlərini qurutmaq daha məqsədə uyğundur.

Çəyirdəyini çıxartmaq   üçün  son illərdə  inkişaf  etmiş alətlərdən istifadə edərək bütöv halda da qurutmaq olar.

   Gavalının qurudulma  qaydası :

  • İstədiyiniz  miqdarda yuyub qurudun.
  • Çəyirdəklərini çıxardıb arzuya   görə ortadan ikiyə bölün.
  • Birbirinə deyməyəck şəkildə qurutma tavalarına alın.
  • Günəş görən havalı  bir ortamda üzərlərinə incə bir ağ cunanı dartılmış vəziyyətdə sərin ki, meyvələrə çox toxunmasın.
  • Meyvələrin  suyu çəkilənə qədər qurudun.
  • Bu   quruma sürəsi  iqlim şərtlərinə  görə  bir neçə  gündən bir  neçə həftəyə qədər uzana bilər.
  • Qurudulmuş meyvələrinizi  kağız  kisələrdə, yaxud da bez torbalarda günəş görməyən , quru və sərin bir yerdə saxlayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *