Min Bir Dad

Göbələk dolması

kasarli-mantar-dolma-tarifi

Lazım olan ərzaqlar:

  •  2 kq şampinyon göbələyi,

İç xərci üçün:

  •  300-400q qiymə,
  •  3 diş sarımsaq,
  •  2 dənə orta boy soğan,
  •  Duz
  • İstiot,

Üzəri üçün:

  •  300-400 q  Holland pendiri,

Göbələk dolması necə hazırlanır?

  •  Qiyməni  kiçik doğranmış soğan və sarımsaq qataraq qovurun.
  •  Hazır  olan qiymənın duzunu ,istiotunu  yoxlayıb ocaqdan düşürün və soyumaya qoyun.
  •  Göbələkləri yumazdan əvvəl papaq və çubuq qismini bir-birindən ayırın.
  • Göbələyin papaq hissəsinin üst qabığı çox incə şəkildə  soyub içindəki qara hissəsini ağzı küt bir şeyle təmizləyin.
  • Təmizlənmiş göbələkləri  təmiz yuduqdan sonra içini doldurub fırın sinisinə düzün və  200dərəcə qızdırılmış fırında bişirin.
  • Göbələklər suyunu verib  10dəqiqə qaynadıkdan sonra fırın  sinisindən çıxardın və doğranmış pendirləri  üzərinə qoyub yenidən  fırına verin.
  •  Pendir  əriyib  azacıq qızarınca yeməyiniz hazır sayılır.
  • İstəsəniz qatıq  və ya sarımsaqlı qatıqla  yeyə bilərsiniz.

 

So, what do you think ?