Min Bir Dad

Göbələkli yumurta

Göbələkli yumurta

Göbələkli yumurta

Göbələkli yumurta

İçində  həm hayvani  həm də bitkisəl protein var.

Yeməklə  doyamadığınız pendirlər də mövcutdur. 

Bu yeməyin sirri  süd, ləzzətini iki  qat artıran   bir  tərəvəz daha var ki,  onu çox  sevirik.

İstər  sabah naharında, istərsə də günorta naharında    ləzzətlə yeyəcəyiniz    bir təriflə  qarşınızdayıq: Göbələkli yumurta!

İstəsəniz  fırında  ya da ocaqda da bişirə bilərsiniz.

Yumurta miqdarını artıraraq ya da azaldaraq daha fərqli bir yemək əldə edə bilərsiniz.

Sevdiyiniz ədviyyat və tərəvəzlərdən də istifadə edə bilərsiniz.

4 nəfərlik

Hazırlanması:

10 dəqiqə

Bişirmə vaxtı:

15 dəqiqə

Lazım olan ərzaqlar:

  •  2 yemək qaşığı un,
  • 250 q göbələk,
  • 4 yumurta,
  • 1/2 su stəkanı süd,
  • 2 yemək qaşığı  zeytun yağı,
  • Bir çay  stəkanı pendir,
  • 1 çay stəkanı  rəndələnmiş holland pendiri,
  • 1 ədəd bibər,
  • 1 çay qaşığı istiot,
  • 1 çay qaşığı  duz,
  • 1 çay qaşığı  qabartma tozu,

Bişirmək üçün:

  • 2 yemək qaşığı  kərə yağı,

Diqqət:

  • Yumurtalı qarışığı soyuducuda   bir az saxlasanız  daha yumuşacıq   bişər.  Bu işləmi etmədən  də bişirə  bilərsiniz.

Bişirmə qaydası:

  • İstəsəniz vam odda tavanızın qapağı qapalı halda bişirə bilərsiniz.

 Hazırlanma qaydası:

  •  Bir qabın içərisinə yumurtaları qırın.
  • Yumurtaları mikser və yaxud da tel çırpıcı ilə 5-6 dəqiqə boyunca köpüklənənə qədər çırpın.
  • Üzərinə süd, un, qabartma tozu. zeytun yağı  və istiotuəlavə edərək yaxşıca çırpın.
  • Sonra pendiri  və holland pendirini  də əlavə edib qarışdırın.
  • Strec filmlə üzərini qapadaraq soyuducuda 10 dəqiqəyə yaxın saxlayın.
  • Tavanın içərisinə kərə yağını əlavə edin.
  • Ardından göbələkləri və qırmızı bibərləri əlavə edərək  vam odda yaxşıca qızardın.
  • Ardından duzu əlavə edin.
  • Bundan sonra hazırladığınız yumurta qarışığını tavanın içinə əlavə edib tavanızı  180 dərəcə qızdırılmış fırına verin.
  • Üzəri qızarana qədər 15-20 dəqiqə bişirin.
  •  İsti- isti servis edin.

Nuş olsun!

So, what do you think ?