fbpx

Min Bir Dad

Göyərti küküsü

göyərti küküsü

göyərti küküsü

Göyərti küküsü

Lazım olanlar:

  • 6 ədəd yumurta,
  • 60 qr göy soğan,
  • 50 qr keşniş,
  • 50 qr şüyüd,
  • 60 qr  yağ.
  • Sous kimi bir stəkan xama yaxud qatıq
  • 2 diş sarımsaq,
  • 2 qr duz.

Göyərti küküsü hazırlanma qaydası:

  • Göyərtilər əvvəlcə suda yaxşıca yuyulur, sonra doğranılaraq qaba tökülür.
  • İçərisinə təmizlənmiş göy soğan da əlavə edilir.
  • Zövqdən asılı olaraq nanə də səpə bilərsiniz.
  • Yağı tavaya tökdükdən sonra isinməsini gözləyin, göyərtini içərisinə tökün.
  • Göyərtinin tam qovrulduğunu gördükdən sonra içərisinə çiy, qarışdırılmış yumurta əlavə edilir.
  • Yeməyin bişdiyini gördükdən sonra onu dörd hissəyə ayırın və çevirib digər tərəfinin qızarmasını gözləyin.
  • Bişdikdən sonra süfrəyə qatıq, xama və sarımsaq əlavə edilmiş qatıqla verilə bilinər.

So, what do you think ?