Min Bir Dad

Gül paxlava

Gül paxlava

Gül paxlava

Gül paxlava

Lazım olanlar:

  • 1 stəkan süd,
  • 3 yumurta,
  • 1 stəkandan bir barmaq əskik duru yağ,
  • 1\2 paket qabartma tozu,
  • 1 yemək qaşığı sirkə,
  • Aldığı qədər un(5 stəkana yaxın),

içərisinə:

  • fındıq və qoz,
  • Açmaq üçün:

  • Nişasta,

Üzərinə:

  • 200 q kərə yağı,
  • Şərbəti üçün:

  • 5 stəkan şəkər,
  • 4 stəkan su,
  • 1\2 limon suyu,

Gül paxlavasının  hazırlanma qaydası:

  • Gül paxlava hazırlamaq üçün əvvəlcə şərbəti qaynadıb bir kənara alın.
  • Burada şərbət soyuyacaq.
  • Yoğurma qabına əvvəlcə duru ərzaqları alıb çırpın.
  • Çırpdığınız xammalın üzərinə qabartma tozu və unu da əlavə edib xəmir yoğurun.
  • Sonra hazır xəmiri 30 dənə qoz böyüklüyündə kündəyə ayırın.
  • Hər bir kündəni tort sinisi boyüklükdə bol nişasta ilə açın.
  • Açdığınız kündənin ortasına bol-bol qoz qoyun.
  • Yuxanın öncə üst hissəsini ortaya doğru büzün.
  • Sonra alt hissəsini və iki yanlarını büzərək ortaya doğru gətirin.
  • Bu işi görərkən bol nişastadan istifadə edin.
  • Yoxsa xəmir yaxşı büzülmür və istənilən formanı almır.
  • Büzülən xəmir çiçək şəkli alır.
  • Hər bir yarpağı ortaya doğru diqqətli qatlayın.
  • Yarpaqları qatlanan xəmiri əlinizə alıb siniyə tərs çevirin.
  • Bütün kündələri bu şəkildə bitirin.
  • Əritdiyiniz kərə yağını gül paxlava üzərinə bolca gəzdirın.
  • Əvvəlcədən 170 dərəcə qızdırılmış fırında gül paxlava 30-35 dəqiqə üzəri qızarana qədər bişirin.
  • Bişən gül paxlava fırından çıxarılır.
  • Bir dəqiqə qədər hava verdikdən sonra soyuq şərbəti üzərinə tökün.
  • Şərbətin sorulmasını gozləyin.
  • Şərbəti soran gül paxlava soyuq halda süfrəyə verilir.

 

So, what do you think ?