sayfa içeriği

Min Bir Dad

Gülkələmi keksi

 Gülkələmi keksi

Gülkələmi keksi

Gülkələmi keksi

Gülkələmi keksi

Gülkələmi keksi bişirmək istəyirsiniz?

Amma bunu necə bişirəcəyinizi bilmirsiniz.

Bunları nəzərə alan 1001 dad yemək saytı sizlərə “Gülkələmi keksi” hazırlama reseptini təqdim edir.  

Bu keksi həm sadə , həm də  pendir, toyuq əti  və s istifadə  edərək hazırlaya bilərsiniz. Xəmirinizin içinə şüyüd, cəfəri  də əlavə edə bilərsiniz.

Bu keks süfrələrinizi, qəhvəaltı süfrələrini bəzəyə biləcək bir keks  tərifidir.

Gülkələmi keksini yaxınlarınızla birlikdə hazırlamağınızı və nuş etməyinizi arzulayırıq. 

6 nəfərlik,

20 dəqiqədə hazırlanır,

30 dəqiqəyə bişir  

Lazım olan ərzaqlar:

  • 400 qram  gülkələmi,
  • 1 ədəd orta boy soğan,
  • 1/2 stəkan  bişmiş  toyuq döşü,
  • 3 ədəd yumurta,
  • 3/4 su stəkanı  süd,
  • 1/2 sustəkanı  zeytun yağı,
  • 2,5 su stəkanı un,
  • 100 qram  pendir,
  • 1 çay qaşığı duz,
  • 2 çay qaşığı istiot,
  • 1 paket qabartma tozu

Gülkələmi keksini  hazırlama qaydası:

  •  Gülkələmini  çiçəklərinə ayırın.  
  • Bir ləyəndə təmiz-təmiz yuyun.
  • Aşsüzənə alın ki, suyunu çəksin.
  • Kiçik-kiçik doğrayın.
  • Doğradığınız gül kələmini qazana yığın.
  •  Gülkələminin üzərinə çıxacaq qədər su əlavə edib azca yumşalana qədər   4-5 dəqiqə  bişirib süzün. 
  • Soğanı soyun və incə-incə doğrayın.
  • Yumurtaları da bir qabın içinə qırıb yüngülcə çırpın.
  • İçərisinə maye yağı və südü də əlavə edin.
  • Un və qabartma tozunu ələyərək maye halda olan ərzaqların üzərinə əlavə edərək bir keks xəmiri hazırlayın.
  • Xəmirin içərisinə  gülkələmi, soğan, istərsəniz toyuq ya da pendir  də əlavə edə bilərsiniz.
  •  Sonunda duz və istiotunu da vurun.
  • Yaxşıca qarışdırın.
  •  Keks xəmirini yağlı kağız sərdiyiniz keks qəlibinin içinə alın.
  •  Fırını 180 dərəcəyə qədər qızdıraraq keksi bişirin.
  • Keks bişdikdən sonra çıxardaraq soyumağa qoyun.
  • Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *