fbpx

Min Bir Dad

Gülkələmi mantısı

Gülkələmi mantısı

Gülkələmi mantısı

Gülkələmi mantısı

Gülkələmi mantısı

Gülkələmi payız fəslində açan çiçəklər kimi mətbəxlərimizi bəzəyir.

 Üstəlik görüntüsüylə də   böyük bir   çiçək buketini  xatırladır.

Brokoli  kimi turp kimilər  ailəsindən  olan bu gözəl tərəvəzin  faydaları isə saymaqla bitmir.

İçərisində C vitaminindən folik  turşusuna qədər bir çox   faydalı vitaminlər   deposu olan   gülkələmi  eyni zamanda maddələr   mübadiləsini sürətləndirərək   formada qalmanıza yardımcı olur.

Amma iddia edirik  ki,  bu zamana qədər gülkələmi mantısı  yeməmisinizsə  çox  şey itirmisiniz.

Heç  bir şey üçün geç deyildir.

Bu nəfis ləzzət damaqlarınızda  unudulmayacaq  iz buraxacaqdır. 

Hazırlamaq və  bişirmək də  çox sadədir.

Bunları nəzərə alan”1001 dad “yemək saytı sizlər üçün həm maraqlı, həm də ləzzətli olan bir resept təqdim edir.

 6 nəfərlik,

15dəqiqəyə hazırlanır,

25 dəqiqəyə bişir

Gülkələmi mantısı  üçün lazım olan ərzaqlar:

  • 1 kiloqram  gülkələmi,
  • 250 qram  qiymə,
  • 2 yemək qaşığı  zeytun  yağı,
  • 1 ədəd quru soğan,
  • 2 stəkan qatıq,
  • 3 di şsarımsaq,
  • 1/2 ədəd limon,
  • 1 təpələmə  yemək qaşığı   tomat,
  • 1 silmə  şirniyyat qaşığı  duz,
  • 1 çay qaşığı istiot,

 

Gülkələmi mantısının hazırlanma qaydası:

  •   Gülkələmini çiçəklərinə ayırın, yuyun və dərin qazana   alın.
  • Üstünü  keçənə qədər su  əlavə edin .
  • İçinə yarım limonun suyunu sıxın.
  • Limonun qabığını  da içinə atın.
  • Limon suyu sıxarkən kələmin  rəngləri dəyişməz  ağ qalar .
  • Gülkələminə məxsus iydən də əsər əlamət qalmaz.
  • Ocağa qoyun.
  • Gülkələmlər yumşalana qədər bişirin.
  • Diğər tərəfdə   yapışmaz bir tava götürün.
  • İçərisinə zeytun  yağı alın və incə- incə doğradığınız soğanı əlavə edin.
  • Soğanlar qızardıqdan  sonra içərisinə qiyməni atın və  yaxşıca  qovurun.
  • Ardından tomatı  və ədviyyatları əlavə  edin.
  • Tamamən  bişdikdən sonra ocağın altını qapadın.
  • Bir kasada  qatıqla  döyülmüş sarımsaqları qarışdırın.
  • Bişirdiyiniz  olan  gülkələmləri  bir servis tabağına alın.
  • Üstünə sarımsaqı qatığı tökün.
  • Ən üstə də qiıyməli xərcdən  gəzdirib, isti-isti servis edin .

Nuş olsun!

So, what do you think ?