fbpx

Min Bir Dad

Gülkələmi qızartması

0

Gülkələmi qızartması

gülkələmi qızartması

Gülkələmi qızartması  üçün lazım olan ərzaqlar:

Gülkələmini bişirmək üçün:

1 ədəd gülkələmi,
5 su stəkanı isti su,
1 şirniyyat  qaşığı un,

 

Qızartmaq  üçün:

1 su stəkanı süd,
2 ədəd yumurta,
1 çay qaşığı duz,
4 yemək qaşığı un,
1 su stəkanı duru yağ,

 

Gülkələmi qızartmasının hazırlanma qaydası:

Gülkələminin sərt olan kök hissəsini kəsin.

Yaşıl yarpaqlarını təmizləyin.

Orta ölçüdə olan gülkələmlərini çiçəklərinə ayırın.
Gülkələmlərinin özünə xas olan iyini alması və həzm sistemini rahatlamaq üçün  qazandakı isti suda gülkələmini 6-8 dəqiqəyə yaxın bişirin.
Bişirdiyiniz gülkələmlərini aşsüzəndə suyunu süzün.
Gülkələmini qızartmaq üçün  bir qarışım hazırlayın.

Ayrı bir qaba yumurta, süd, və  duzu bir çırpıcı yardımıyla  pürüzsüz bir vəziyyətə gələnədək qarışdırın.

Gülkələmlərinin daha tez bir zamanda qızarması üçün qızgın və çoxlu  yağda  qızarda bilərsiniz.

Qızartma üçün istifadə etdiyiniz südün yarısını azaldıb   yerinə mineral su da istifadə edə bilərsiniz.

Duru  yağı geniş  bir tavada qızdırın.

Hazırladığınız qarışığa   batırdığınız  bişmiş gülkələmləri  qızgın yağda  qızılı  rəng alana qədər qızardın.
Əlavə  yağını buraxması  üçün  gülkələmləri  kağız  dəsmal  üzərinə yığın .

İlıq halda servis edin.

İstərsəniz servis edərkən arzuya görə gülkələminin yanına  qatıq sosu da əlavə edə   bilərsiniz.

 

Nuş olsun!

So, what do you think ?