fbpx

Min Bir Dad

Gürcü xəngəli

0
Gürcü xəngəli

Gürcü xəngəli

Gürcü xəngəli

Hazırlamaq üçün tələb olunan ərzaqlar:

  • Yağlı mal əti: 300 qram,
  • Baş soğan:  50 qram,
  • Qara çörək otu: 1 qram,
  • Buğda unu:  300 qram,
  • Su: 100 qram,
  • Qara istiot: 1 qram,
  • Qırmızı bibər: 1 qram,
  • Duz:  Lazımi miqdarda,

Gürcü xəngəli hazırlanma qaydası: 

  • Əti kiçik dilimlərə bölün.
  • Sonra baş soğanı soyun və sonra bunu 4-5 hissəyə bölün.
  • Ətlə soğanı eyni qaba qoyun.
  •  Sonra bunlara zövqə görə duz, istiot, qırmızı bibər, çörəkotu əlavə edin.
  • Bunları tam qarışana qədər qarışdırın.
  • Bütün bunları ət maşınından keçirərək soğanlı, ədviyyatlı qiymə hazırlayın.
  • Çəkilmiş qiyməyə su əlavə edin ki.
  • Bu, qiyməni yumşaldır.
  • İndi isv sıra gəldi xəmirin hazırlanmasına.
  • Una duzlu su əlavə edib bərk xəmir yoğurun.
  •  Yoğurduğunuz bərk xəmiri plastik torbaya qoyub 15-20 dəqiqiə dondurucuda saxlayın.
  • Sonra geniş bir qazana 5-7 litr  su əlavə edin.
  • Bu suya duz da əlavə edin.
  • Qazanı güclü alovun üzərinə qoyun.
  • İndi isə soyuducudan xəmiri çıxardın.
  • Kiçik kündələrə bölün.
  • Təqribən 2 mm.qalınlığında yuxa hazırlayın.
  • Sonra bu yuxadan stəkanın köməyi ilə dairəvi formada kəsin.
  • Yerdə qalan xəmiri yenidən yoğurub yenidən yayın, onları da stəkan vasitəsi ilə yumru halda doğrayın
  • Dairəvi xəmirləri nazik yayın.
  • Nazik yayılmış bu yuxaların ortasına təxminən 40 qr. qiymə iç qoyub üst hissəsindən büzərək bükün.
  • Bükülmə prosesi çox vacibdir və aşağıdakı kimi həyata keçirilir:

Gürcü Xəngəli bükülməsi:

  • Xəngəlin bitişdirilməsi sonuncu büküşə kimi hər büküşü yuxarı darta-darta yapışdırmaqla əmələ gəlir.
  • Yapışdırma bitdikdən sonra başlığı burub artıq hissəni qopardın.

Gürcü Xəngiəli bişirilməsi:

  • Bükülüb hazırlanmış gürcü xəngəli ehtiyatla, bir – bir, ancaq sürətlə qaynayan suya qoyulur.
  • Xəngəlləri suya salan kimi ehtiyatla taxta qaşıqla qarışdırın.
  • Bu zaman gürcü xəngəli bir – birinə və qazanın dibinə yapışmır.
  • Təxminən 7 dəqiqə qaynadıqdan sonra xəngəllər bişir və suyun üzərinə çıxacaq.
  • Bişmiş gürcü xəngəli kəfgir vasitəsi ilə  ehtiyatla çıxardılır.
  • Bu zaman, ehtiyatlı olunmalıdır ki, bişmiş gürcü xəngəli dağılmasın.
  • Bişmə zamanı diqqət edilməlidir ki, çox bişməsin.
  • Buzaman çox bişərsə, xəngəllər açılıb dağala bilər.
  • Xəngəl büfrəyə isti halda verilir.
  • Süfrədə gürcü xəngəli qara istiotla birlikdə yeyilir.
  • Gürcü xəngəli əllə yemək məsləhətdir.
  •  Bu zaman, xəngəl ehtiyatla dişlənilir.
  • Bu zaman xəngəlin suyu dağılmamalıdır.
  • Bu su içilir.

Nuş olsun!

 

Bənzər xəngəl reseptləri:

 

So, what do you think ?