sayfa içeriği

Min Bir Dad

Güvəcdə küftə

0

Güvəcdə küftə

Güvəcdə küftə

Güvəcdə küftə

 Güvəcdə küftə

Güvəçdə  küftə üçün lazım olan ərzaqlar:

  • Yarım kq  küftəlik qiymə,
  • 1 ədət yumurta,
  • 1dənə  quru soğan,
  • 3 diş sarımsaq,
  • 4 qaşıq suxarı unu ,ya da çörək içi,
  • İstiot
  • , duz,
  • Cirə,
  • Küftələri qızartmaq üçün:
  • Duru yağ

Pomidor sosu üçün:

  • 5 ədət orta böyüklükdə  pomidor,
  • 1,5 şorba qaşığı tomat,
  • 3 şorba qaşığı sıvı yağı
  • Yarım çay qaşığı toz şəkər,
  • İstiot ,duz

Üzəri üçün:

  •  Yetərincə holland  pendiri rəndəsi,

Güvəçdə  küftə hazırlama qaydası:

  • Dərin bir qabın içinə quru soğan və sarımsaqları rəndələyin.
  • Üzərinə qiymə, çörək içi yumurta və qalan ərzaqları əlavə edərək yarım saat  yoğurun.
  •  1 saata yaxın soyuducuda saxlayın.
  • Soyuducuda saxladığımız  ərzaqlardan yumurta iriliyində  parçalar ayıraraq ovuç içində istəyə görə şəkil verin.
  • Bütün küftələr hazırlandıkdan sonra teflon tavaya bir az duru yağ qoyaraq ocağa alın və hazırladığınız küftələri qızartdın.
  • Qızartdığınız küftələri güvəcə düzün.
  • Pomidor sosunu hazırlamaq üçün ufaq bir qazana bir az sıvı yağəlavə edin.
  • Üzərinə rəndələdiyiniz pomidorları və 1,5 qaşıq  tomatı əlavə edərək 5 dəqiqə qədər qovurun.
  • Qovrulan pomidorların üzərinə  toz şəkər, duz və istiotu əlavə edərək 10dəqiqə qədər bişirin. Hazırladığınız pomidor sosunu güvəcə düzddüyünüz küftələrin üzərinə tökün.
  • Lap  sonda küftələrin üzərinə holland pendiri rəndəsi əlavə edərək 200 dərəcə qızdırılmış  fırında pendirlər əriyənə qədər bişirin.
  • Güvəcdə bişirdiyimiz küftələr artıq servisə hazırdır.
  • Düyü plovu ilə birlikdə isti olaraq servis edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *