Min Bir Dad

Həm sadə, həm də ləzzətli: Evdə pendir hazırlama

Həm sadə, həm də ləzzətli: Evdə pendir hazırlama

Həm sadə, həm də ləzzətli: Evdə pendir hazırlama

Qəhvəaltı pendirinizi özünüz hazırlaya bilərsiniz.

Pendir çoxumuzun sevərək yediyi və qəhvəaltı  süfrələrindən  heç eksik etədiyi  bir yeyəcəkdir. 

Bir çoxumuz üçün pendirin ənənəvi  bir xüsusiyyəti də  vardır.

Analarımızın, nənələrimizin özlərinin hazırladıqları pendirin    dadı hər zaman damağımızdadır.

Hazırlamaq istərsinizsə də ilk dəfə hazırlayanlar üçün çox çətin olacaqdır. 

 Necə hazırlayaq, , başara bilərəmmi,  nəticə necə olacaqdır deyə özünüzü yormayın.   

Fikirləşin ki bu iş çox sadədir.

Qəhvəaltı süfrələrinizdə çeşid-çeşid pendirlərlə yanaşı özünüzün hazırladığınız pendirin dadı damağınızdan getməyəcəkdir.

 

Evdə pendirin hazırlanma metodları:

Evdə pendir hazırlayarkən iki metoddan istifadə edərək hazırlamaq olar

Mayalı, 

Mayasız

  • Mayadan istifadə edərək pendir hazırlayacaqsınızsa mütləq güvəndiyiniz yerdən pendir mayası alaraq istifadə edin.
  • Mayasız pendir hazırlamaq istəyirsinizsə bu işləm çox uzun olacaqdır.
  • Bu zaman pendirin altının suyundan limon və sirkədən istifadə edərək təbii pendir hazırlaya bilərsiniz.

 

Lazım olan ərzaqlar:

  • 6 kq. çiy süd.
    1,5 çay qaşığı pendir mayası,
    2 yemək qaşığı qaya duzu

Hazırlanma qaydası:

  • Südünüzü ocağın üzərinə alın.
  • Vam atəşdə  qaynatmağa başlayın.
  • Qaynadıqdan sonra ocaqdan endirin və 35-37 dərəcəyə  gəlməsini gözləyin.
  • Ardından içərisinə pendir mayasını əlavə edib  qarışdırın.
  • Sonrasında qapağını qapadın və bez  yardımıyla ətrafını gözəlcə sarıyın.
  • Otaq temperaturunda  1,5 saata yaxın  mayalayın.
  • Mayalandığını anlamaq üçün qazanın   qapağını açıb xəfifcə sallamanız ya da sərçə  barmağınızı südün içinə batırmanız yetərli olacaqdır.
  • Qatıqdan  daha qatı   bir halda isə hazırdır demək.
  • Ardından təmiz bir tülbəndin üzərinə pendirlərinizi alın.
  • Suyunun süzülməsi üçün  bir yerə asın və 3-4 saata yaxın  dincəldin.
  • Ardından  cunanın  içindən çıxarıb  dəzgah üzərində mümkünsə iki ağır daşın  arasında 3-4 saat daha gözlədin.
  • Duz və suyla bir  su hazırlayın və  pendirləri içərisinə atın.
  • Bir  neçə  gün sonra duzlu sudan    istədiyiniz  ölçüdə çıxardıb  nuş edə bilərsiniz.

 

So, what do you think ?