fbpx

Min Bir Dad

Halqa şirnisi

0

halqa şirnisi Ərzaqlar:

  • 1 su stəkanı su,
  • 1 su stəkanı un,
  • 1 su stəkanı irmik,
  • 2-3 şorba qaşığı kərə yağı və ya 100 q marqarin,
  • 4 dənə yumurta,
  • 1 vanilin,

Şərbəti üçün:

  • 3 su stəkanı şəkər,
  • 4 su stəkanı su,

Hazırlama qaydası:

  • Qazana su və kərə yağını alıb  orta atəşdə ocağa qoyun.
  •  Su qaynayıb  yağ əriyincə içinə
  • Un və irmiyi  əlavə edib  davamlı qarışdırn.
  • Qatı hala gəldikdən 1-2 dəqiqə daha bişirib  atəşdən alıb  soyumağa  qoyun.
  •  Daha sonra vanilini  və yumurtaları əlavə edib taxta qaşıqla qarışdırn.
  •  Xəmiri ələ yapışmayacaq  hala  gətirin.
  •  Əğər çox  quru olarsa 1 yumurta daha əlavə edə bilərsiniz.
  • Daha sonra xəmiri krem torbasına doldurun.
  • Tavanın yarısına qədər duru yağ yağ qoyub  qızdırın.
  • Xəmiri  sıxıb  iki ucunu birləşdirdikdən sonra yağın içinə  atın.
  • Vam odda rahat- rahat qızardıb  yağdan çıxardın və  soyumağa qoyun.
  •  Şərbəti üçün 3 su stəkanı şəkər və 4 su stəkanı suyu 15 dəqiqə  qaynadın və   şirniyyatın üzərinə töküb  tamamən çəkməsini gözləyin.
  • Şirniyyat soyuyunca servis edə bilərsiniz

So, what do you think ?