Min Bir Dad

Harira şorbası

0

Harira şorbası

harira  şorbasi

harira şorbasi

Harira şorbası Fars mətbəxinə aid  bir şorba çeşididir. Farslar əsasən Ramazan aylarında  bu şorbadan  bolca hazırlayaraq dondurmaya atırlar və istədikləri vaxt çıxardıb istifadə edirlər.Olduqca ləzzətli və doyurucu olan bu şorba tam da bir iftar süfrəsinə  görə… Bu şorbada ətindən quru paxlalarına, tərəvəzindən ədviyyatına qədər   hər şey bol və  ləzzətli… 1001 dad saytı olaraq sizlərin də bu şorbanı hazırlamağınızı və yaxınlarınızla birlikdə nuş etməyinizi arzu edirik!

Harira şorbası üçün lazım olan ərzaqlar:

  • 150 q dana və ya quzu əti quşbaşı doğranmış ,
    30 q kərə yağı,
    1 soğan,
    1 kök,
    1 kabak,
    1 kartof,
    1 pomidor,
    1 şirniyyat qaşığı kişniş,
    1 şirniyyat qaşığı sarıkök,
    1 yemək qaşığı  pomodor tomatı,
    1 ovuç dolusu bişmiş noxud,
    Yarım su stəkanı qırmızı mərcimək (Suda isladılmış ),
    Duz,
    İstiot,
    2 yemek qaşığı doğranmış cəfəri,

Harira şorbasının hazırlanma qaydası:

  • Bir qazana əti alın və suyunu salıb çəkənə qədər bişirin.
  • Üzərinə kərə yağını və yeməklik doğradığınız soğanı əlavə edib qızarana qədər qovurun.
  • Ədviyyatları əlavə edin.
  • Pomidorları qaynar suya salaraq qabıqlarını soyun.
  • Soyduğunuz pomidorları 4-ə bölərək çəyirdəklərini çıxardın və küp-küp doğrayın.
  • Qazana əlavə edərək qızardın.
  • Tərəvəzləri kiçik olaraq  küp-küp doğrayıb qazana əlavə edin.
  • Mərciməkləri yuyub süzün və noxudla birlikdə qazana əlavə edin.
  • Suyunu , duzunu və istiotunu da əlavə edib qarışdırın.
  • Qazanın qapağını örtərək ət və tərəvəzlər yumşalana qədər 45 dəqiqəyə yaxın bişirin.
  • Ocaqdan aldıqdan sonra üzərinə incə doğradığınız cəfərini də əlavə edərək servis edin.

Nuş olsun!

 

So, what do you think ?