Min Bir Dad

Hazır yuxadan pendirli börək

0

hazir yuxadan pendirli börək

Lazım olanlar:

  • 6 ədəd yuxa,
  • 4 yumurta,
  • 6 şorba qaşığı qatıq,
  • 1 paket marqarin(yarısı içi üçün, yarısı iç xərci üçün)

Iç xərci:

  • Yarım paket marqarin,
  • pendir,
  • 3 ədəd təzə yaşıl soğan,
  • Yarım dəstə cəfəri,
  • Qırmızı bibər,

Hazırlanması:

  • Əvvəlcə börəyin iç xərcini hazırlayın.
  • Dərin bir kasaya pendiri ufalayın.
  • Təzə yaşıl soğanın baş hissəsini kəsib sadəcə yaşıl hissəsini və cəfərini incə-incə doğrayın.
  • Pendirlə qarışdırıb qırmızı bibəri əlavə edin.
  • Yuxaları dəzgahın üzərinə sərin.
  • Yuxanın üzərinə sürtüləcək qarışığı hazırlayın.
  • Yumurtaları çırpın.
  • Üzərinə qatığı əlavə edin.
  • Yarım paket marqarini əridərək  üzərinə töküb qarışdırın.
  • Bütün yuxalara fırça ilə bu qarışığı yaxın.
  • Sonra yuxanı ikiyə qatlayın.
  • Ikiyə qatladığınız yuxanı 4 yerə bölün.
  • Iç xərcindən bir qaşıq  geniş tərəfinə qoyun.
  • Bu şəkildə hazırladığınız börək 24 ədəd olacaqdır.
  • Börəkləri fırın sinisinə yan-yana düzün.
  • Üzərinə iç qarışığından sürtüb çörək otu səpin.
  • Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.
  • Isti çay ilə servis edə ilərərsiniz.

 

So, what do you think ?