Min Bir Dad

Heyva dolması

0
Heyva dolmasıa

Heyva dolmasıa

Heyva dolması

Lazım olanlar:

  • 6 ədəd heyva,
  • 150 q qiymə,
  • 1\2 su stəkanı düyü,
  • 4 yemək qaşığı kərə yağı,
  • 2 yemək qaşığı tomat,
  • 1 soğan,
  • 1 dəstə təzə nanə,
  • 2 stəkan su,
  • 1 ovuc doğranmış cəfəri,
  • Duz,
  • İstiot,

Heyva dolması hazırlanması:

Heyvaların təpələrini papaq kimi kəsin.

İçərisini diqqətli oyun.

Sonra bu heyvaharı limonlu suda saxlayın.

Heyva dolması içini hazırlamaq üçün cəfərini, nanəni, soğanı incə doğrayın.

Qiyməni , düyünü, duz, istiot ilə yaxşı-yaxşı yoğurun.

Heyvaların içini bu qarışıqla doldurun.

Qapaqlarını qapadın və qazana düzün.

Başqa bir tavada kərə yağını əridin.

Tomatı əlavə edib yüngülcə qovurun və 2 stəkan su əlavə edin.

Duz və istiotu da əlavə edərək bir az qaynadın.

Qaynayan tomatlı suyu heyvaların üzərinə əlavə edin və vam odda 1 saat bişirin.

So, what do you think ?