sayfa içeriği

Min Bir Dad

Hinduşqa ləvəngisi

hinduska-levengisi

Hinduşqa ləvəngisi

Hinduşqa ləvəngisi hazırlamaq üçün Lazım olanlar:

  • Bir bütöv hinduşka,
  • zeytun yağı,
  • istənilən göyərti qarışımı,
  • 1/2 limon şirəsi,
  • 1/2 portağal şirəsi,
  •  əzilmiş 5 diş sarımsaq,
  • duz, istiot, 3 ədəd qırmızı soğan,
  •  6 stəkan çəkilmiş qoz ləpəsi,
  • 1/2 stəkan nar şərab,
  • 4 stəkan hinduşka və ya toyuq şorbası (bulyon),
  • 1/2 stəkan un.

Hinduşqa ləvəngisi hazırlanma qaydası:

  • Hinduşkanın içalatını təmizləyin və boynunu kəsib ayırın.
  • Sonradan istifadə edəcəyiniz bulyonu hazırlamaq üçün kəsdiyiniz boyunu su ilə dolu orta ölçülü qazanda 1 saat orta istilikdə qaynadın.
  •  Bulyonu kənara qoyun (lazım olacaq).
    Hinduşkanın dərisi üstündə qalsın, onun içini və çölünü axar su altında yuyun.
  • Daha sonra suyu süzülənədək qurulayın.
  • Hinduşkanın içini və çölünü duzlayın və istiotlayıb  bir kənara qoyun.
  • Göyərtili yağ qarışığını hazırlamaq üçün orta ölçülü tavada orta istilikdə yağı bir az qızdırın.
  • Hazır olduqdan sonra dərin qaba və ya kasaya boşaldın, üstünə limon və portağal şirələrini, doğranmış göyərtiləri, sarımsağı və zövqə görə duzla istiotu da qatın.
  • Yaxşı qarışdırın.
  • Hinduşkanı döş hissəsinin üstündə olan dərini bir qədər qaldırın, ətdən aralansın amma qopmasın.
  • Dərinin altına göyərtili yağın yarısını əlinizlə yayın.
  • Hinduşkanın çölünə də qalan yağ qarışığını sürtün.
  • Daha sonra ya soyuducuya qoyub ertəsi günü ya da həmin gün içini doldurub bişirin.

İçliyi hazırlayın.

  •  Soğanları ya ət maşınından ya da mətbəx kombaynından keçirin.
  • Tənzifə doldurub, sıxın ki, suyu tamamən çıxsın.
  • Çəkilmiş qoz ləpələrini, narşərabı, duz və istiotu suyu sıxılmış soğana əlavə edin.
  • Qarışdırın, duzu və istiotu zövqə görə əlavə edin.
  • Narşərabın miqdarını artırmaq da lazım ola bilər, ona görə qarışdırdıqca dadına baxın və zövqə görə qərar verin.
  • Hinduşkanı hazırladığınız içliylə doldurun və ayaqlarını mətbəx sapı ilə bağlayın.
  • Hinduşkanı telli formanın üstünə yerləşdirərək,
  • 160 dərəcəlik sobada 3 saat yarım və ya 4 saat müddətində bişirin.
  • Bu müddət ərzində hər yarım saatdan bir hazırladığınız hinduşka bulyonundan (toyuq bulyonu da ola bilər) yarım stəkan hinduşkanın üzərinə gəzdirin.

Sousu hazırlayın.

  • Sobadakı formanın dibinə yığılan hinduşka şirəsini bir qazana boşaldın.
  • Bu şirə azdırsa, hazırladığınız bulyondan da buraya əlavə edin ki, 4 stəkan alınsın.
  •  Ayrıca bir tavada yağın üzərinə un əlavə edib  qarışdırın.
  • Yağ qarışığını bulyona əlavə edin, 10 dəqiqə qatılaşanadək qarışdırın.
  • Çox qatı alınsa bir az da bulyon əlavə edə bilərsiniz.
  • Hinduşkanı bölüb iri bir qaba yerləşdirin.
  •  Ləvəngisini isə ayrıca bir kəsada süfrəyə verə bilərsiniz.
  • Sousu da ayrıca sous qabına töküb süfrəyə qoyun.
  • Hinduşka üstünə sousdan bir az tökülərək yeyilir.
  • Sousun hazırlanması zəruri deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *