fbpx

Min Bir Dad

Holland  pendirli çörək

0

Holland  pendirli çörək

Holland  pendirli çörək

Köhnəlmiş çörəkləri yeniləmək   istədik
Əslində köhnəlmiş çörəklərinizi gözəl bir öyünə çevirmək heç də zor deyil.

Çox ərzağa gərək duymadan asan bir tərifi masanızın baş köşəsinə qoya bilərsiniz.

Əriyən holland pendirlərinə yoldaşlıq edən sarımsaq və cəfəri birlikdə sizi rəsmən aşiq edəcək.

İstəsəniz  çay saatınıza  qonaq  edə bilər və çörəyinizin   dumanı tütən qıpqırmızı çayla servis edə bilərsiniz.

İstəsəniz  ıspanak, fəsləyən və ya nanə ilə də sosunuzu  öz zövqünüzə görə  də təqdim edə bilərsiniz.

Sınamaq  sizdən, paylaşmaq  bizdən.

4 nəfərlik,

10 dəqiqəyə hazırlanır.

15 dəqiqəyə bişir.

Holland  pendirli çörək  üçün lazım olan ərzaqlar:

  • 1 ədəd bütöv  çörək,
  • 1 dəstə cəfəri,
  • 2 diş sarımsaq
  • 400 qram holland pendiri,
  • 1 yemək qaşığı  kərə yağı,
  • 1 yemək qaşığı zeytun yağı

Holland  pendirli çörəyin hazırlanma qaydası:

  • Fırını 180 dərəcə   ayarlayın.
  • Bütün çörəyi  eninə və uzununa   bıçaqla dərinləməsinə kəsin.
  • Köhnə çörək istifadə etsəniz sobada daha çox kövrək olacaqdır.
  • Kərə yağı və zeytun yağını əridin.
  • Sarımsaqları  kiçik-kiçik  parçalar halında doğrayın və qızdırdığınız kərə yağı  və zeytun yağı qarşığının içində kovurun.
  • Cəfərini  incə incə doğrayın və   sarımsaqlarla bərabər bir neçə dəfə  k çevirin.
  • Holland pendirini incə- incə dilimləyin.
  • Çörəyin kəsilən hissələrinə  əvvəlcə holland  pendirlərini,  daha sonra da sarımsaqlı cəfəri  qarışımını  əlavə edin.
  • Bütün kəsikləri pendir və sos ilə doldurub  sobaya atın. 15-20 dəqiqə  pendir tamamən əriyənə  qədər bişirin.
  • İstəsəniz üzərinə cəfəri əlavə edərək dilimləyə bilərsiniz.

 

So, what do you think ?