Min Bir Dad

Holland pendirli küftə

Holland pendirli küftə

Lazım olan ərzaqlar:

  • 1 kq  dana əti ( Döş hissəsindən),
  • 200 qriç  yağı ( quzu iç yağı ),
  • 300 qr  holland pendiri ( Küp doğranmış ),
  • 2 ədəd  yumurta,
  • 2-3 dilim bayatçörək  içi,
  • 2 orta boy soğan,
  • 1 çay qaşığı istiot,
  • 1  şirniyyat  qaşığı qırmızı pul bibər,
  • Yarım dəstə cəfəri,
  • Duz

Hazırlanma qaydası:

  • Dana əti döş hissəsindən  ( yağlı hissəsindən  ) seçilir. Əgər döş hissəsindən tapa bilməsəniz  quzu iç yağını da əlavə edib  ətin bir az daha yağlı hala gəlməsi  təmin edilir.
  • Əti  ət maşınında çəkərək  yoğurma qabına alın.
  • 2 yumurta, yarım dəstə cəfəri, 2 yeməklik doğnamış 2 orta boy quru soğan, bayat çörək  içi ilə küftənin ədviyyatlarını da əlavə edərək   bir az  yoğurun.
  • Qarışdırdığınız ərzaqları yenidən ət maşınından keçirin.
  • Təkrar yoğurma qabına alıb, zər şəklində küp doğranmış holland pendirlərini küftə xərcinə əlavə edin.
  • Əlinizdə özünü yığana qədər yoğurun və sonra bir dəzgaha alın  .
  • Küftə xərcini  dəzgah üzərində əlimizlə yastıladıqdan  sonra, vərdənə yardımıyla 1 barmaq qalınlığında olacaq şəkildəxəmir   açar kimi  açın.
  • Açılmış küftəni  5X5 ya da 5X6 cm kimi  kvadrat  ya da dördkünc  parçalara ayrılacak şəkildə bir bıçaq yardımıyla kəsin.
  • Kəsdiyiniz parçaları tel ızgaraya alıb, meşə kömürü ateşi üzərində bişirin.
  • Servisə alarkən üzərinə kəklikotu və pul bibər gəzdirin.

Nuş olsun!

So, what do you think ?