Min Bir Dad

Holland pendirli yumurtalı toyuq kotleti

Holland pendirli yumurtalı toyuq kotleti

Holland pendirli yumurtalı toyuq kotleti

Holland pendirli yumurtalı toyuq kotleti  üçün lazım olan ərzaqlar:

  • 200 q Qouda pendiri,
  • 2 ədəd bişmiş yumurta,
  • 1 ədəd bişməmiş yumurta,
  • yarım dəstə goy soğan.
  • 100 q un,
  • 200 q Amerlander kərə yağı,
  • 500 q toyuq  döşü,
  • 200 q suxarı,
  • Ala bildiyi qədər duz,
  • İstiot,

Holland pendirli yumurtalı toyuq kotletinin hazırlanma qaydası:

  • Yumurtaların 2-ni  suda qaynadın.
  • Bişdikdən sonra qabığını soyub kiçik-kiçik doğrayın.
  • Göy soğanı da kiçik -kiçik doğrayın.
  • Pendiri isə rəndələyin.
  • Bunları bir-birinə qataraq qarışdırın.
  • Toyuq döşünü qiymə halına salın.
  • Toyuq filesinin içərisinə bişməmiş yumurtanı sındırın .
  • Ala bildiyi qədər duz və istiotunu da əlavə edərək yaxşıca yoğurun.
  • Un və suxarını da bir-birinə qataraq qarışdırın.
  • Hazırladığınız toyuq qiyməsini əlinuzlə azca açaraq içərisinə yumurtalı  pendirli qarışımı əlavə edərək  bükün. Hazır kotleti  suxarı və un qarışımına batırıb  bir kənara yığın.
  • Kərə yağını yaxşıca qızdırın və hazır kotletləri  yağda qızardın.
  • Bişən kotletləri bir mətbəx dəsmalının üzərinə alın ki, artıq yağını çəksin.
  • Kotletlərimiz hazırdır.
  • İsti halda cəfəri və pomidorla süsləyərək servis edin.

Nuş olsun!

So, what do you think ?