Min Bir Dad

Hünkarbəyəndi

Hünkarbəyəndi

hünkar bəyəndi

hünkar bəyəndi

Hünkarbəyəndi

Lazım olan ərzaqlar

  • 600 qram quzu budu (və ya dana əti),
  • 2 ədəd orta ölçülü quru soğan,
  • 4 diş sarımsaq,
  • 3 yemək qaşığı zeytun yağı,
  • 3 ədəd orta ölçülü pomidor,
  • 1 qaşıq pomidor tomatı,
  • 1 çay qaşığı bibər tomatı,
  • duz,

Bəyəndi üçün:

  • 4 ədəd orta ölçülü badımcan,
  • 1,5 stəkan süd,
  • 1,5 qaşıq un,
  • 1 qaşıq kərə yağı,
  • 1/2 stəkan rəndələnmiş holland pendiri,
  • duz,
  • təzə çəkilmiş istiot,

Məsləhət:

  • İzqara və ya ocaq üzərində özəl olaraq köz aparatında bişirdiyiniz badımcanları qısa müddətdə katon və ya polietilen torbada gözlədin.
  • Tərləyən qabıqlar daha asan soyulur.
  • Südü soyuq halda istifadə edin.
  • Südü qovrulmuş un qarışığına az az əlavə edin.

Bişirmə qaydası:

  • Tomata və  ət qarışığına 1/2 şirniyyat qaşığı üzüm sirkəti və təzə kəkotu yarpağı əlavə etmək mümkündür.
  • Yağlı qisimləri təmizlənmiş quzu but ətini quşbaşı doğrayın.
  • Qabıqları soyulmuş soğan və sarımsağı yeməklik doğrayın.
  • Qabığını soyduğunuz pomidorları kub formasında doğrayın.
  • Yuyub qurutduğunuz badımcanları doğrayıb izqarada bişirin.
  • Maye yağı qazanda isidin.
  • Quru soğan, sarımsaq və əti yüksək temperaturda qovurun.
  • Pomidorları əlavə edin.
  • 4-5 dəqiqə bişdikdən sonra pomidor və bibər tomatını da əlavə edin.
  • İsti su əlavə idin.
  • Arada qarışdıraraq 30 dəqiqə vam odda bişirin.
  • Bişmənin sonuna yaxın duz əlavə edin.
  • Bəyəndi üçün izqarada bişirdiyiniz badımcanların qabıqlarını ehtiyatla soyun.
  • Kiçik-kiçik doğrayın.
  • Kiçik bir qazanda kərə yağını əridin.
  • Unu əlavə edərək əriyən kərə yağənda unu qovurun.
  • İti bir bıçaqla doğradığınız közlənmiş badımcanları və soyuq südü əlavə edin.
  • Bəyəndi qarışığı vam odda qaynamağa başladığınca rəndələnmiş holland pendirini , duz və təzə çəkilmiş istiot dənələrini əlavə edin.

    Bişirmə işləmi sona yetən badımcan bəyəndini servis tabağına yığın.

  • Üzərinə pomidor tomatlı və ətli qarışığı əlavə edərək isti halda servis edin.

So, what do you think ?