Min Bir Dad

İslim kababı

0

 İslim kababı

İslim kababı

Lazım olanlar:

  • 3 ədəd uzun badımcan,
  • 3 ədəd bibər,
  • 1 soğan,
  • 300 q dana əti,
  • 1 yemək qaşığı pomidor tomatı,
  • 2 ədəd pomidor,
  • 3 diş sarımsaq,
  • Ədviyyatlar,

İslim kababı hazırlanması:

  • Badımcanları 20-25 dəqiqə duzlu suda saxlayın.
  • Daha sonar yuyaraq kağız dəsmala bükün.
  • Uzunsov halda doğrayın.
  • Yağda qızardın.
  • Çox bişirməyin.
  • Ayrı bir qazanda quşbaşı doğranmış ətləri bişirib , yağsız qovurun.
  • Ətlər öz suyunu çəkdikdən sonar soğanı və 2 yemək qaşığı duru yağı əlavə edin.
  • Bibərlərin 2 dənəsini, pomidorların isə 1 dənəsini sarımsaq, tomat, ədviyyatlar , duz, 1 stəkan su əlavə edərək bişirin.
  • Sonar bir kasaya 3 dənə qızardılmış badımcanları üstəgəl şəklində düzün.
  • Orta hissəinə hazırladığınız ərzaqlardan qoyaraq badımcanları bükün, üzərinə pomidor və bibər qoyaraq kurdan ilə açılmayacaq şəkildə bərkidin.
  • Hazırladığınız badımcanları fırında, ocaqda bişirə bilərsiniz.
  • Qazana, yaxud da fırında bişirəcəyiniz xörəyin üzə
  • rinə 1 stəkan isti su və 1 yemək qaşığı tomat ilə hazırladığınız sosu töküb bişirin.

So, what do you think ?