Min Bir Dad

İspanaqlı sarma

ispanaqlı sarma

ispanaqlı sarma

İspanaqlı sarma

Lazım olanlar: 

  • 10 ədəd paxlavalıq yuxa,
  • 5 yemək qaşığı ispanaq pürəsi,
  • 1 kiçik stəkan zeytun yağı,
  • 1 kiçik stəkan holland pendiri rəndəsi,

Sos üçün: 

  • 2 yemək qaşığı un,
  • 1/2 kiçik stəkan zeytun yağı,
  • 1,8 stəkan süd.

İspanaqlı sarma hazırlanma qaydası:

  • Yağ unda qovrulur.
  • Yağda qovrulmuş una süd əlavə edilib bişirilir.
  • Qatılaşana qədər qaynadılır.
  • Bişən sosun içərisinə ispanaq püresi və holland pendiri rəndəsi əlavə edilir və qarışdırılır.
  • Yuxa masanın üzərinə sərilir.
  • Yuxanın üzü yağlanır.
  • Sonra iki hissəyə qatlanır.
  • Hazırlanan sosdan iki qatlanmış yuxanın bir kənarına biraz qoyulur və yuxa sarılır.
  • Bütün yuxalar bu qayda ilə hazırlanır.
  • İspanaqlı sarma hamısı duxovka sinisinə səliqə ilə düzülür.
  • Üzərlərinə yaq sürtülür.
  • Duxovka əvvəlcədən 200 dərəcəyə isidilir.
  • Üzərinə yağ sürtülən ispanaqlı sarma sinisi duxovkaya yerləşdirilir.
  • Burada sarmaların üzəri qızarana qədər bişirilir.

So, what do you think ?