Min Bir Dad

Ispanaqlı tort

Ispanaqlı  tort

 

 

 

Ispanaqlı  tort  tərifi  aramışdınız?

Çox ləzzətli bir tort tərifini sizlərə təqdinm edirik.

İspanaqlı tort tərifini böyük   bir keyiflə hazırlamanızı və sevdiklərinizlə birlikdə  nuş etməyinizi arzu edirik.

Həm də uşaqlarınıza ispanaq yedirtmənizin ən rahat yolu.

Evdəki  ərzaqlarla  hazırlaya biləcəyiniz ləziz və şirin bir tort.

İstərsəniz çay süfrələrinizdə istifadə edə bilərsiniz, istərsiniz də qız övladlarınızın doğum gününə hazırlaya bilərsiniz.

Tortun ortasına bir gəlincik qoyub müxtəlif formada bəzəyərək bir ad günü tortu da edə bilərsiniz.

Lazım olan ərzaqlar:

Keks üçün:

  • 4  yumurta,
  • 1 stəkan dolusu  un,
  • 1stəkan şəkər  tozu,
  • 1 yemək qaşığı duru yağ,
  • 3 yemək qaşığı dolu  ıspanaq pürəısi (150 qr  ıspanaq yarpağı),
  • 1 paket vaniin,
  • 1 paket qabartma tozu,

Kremi üçün: 

  • 1 l süd,
  • 1 stəkan şəkər tozu,
  • 1 stəkan  un,
  • 1 paket  vanilin,
  • 1 stəkan  Hindistan cəvizi,
  • 1 şirniyyat  qaşığı kərə yağı və ya  marqarin,

Hazırlanma qaydası:

Kremin  hazırlanması:

  • Bir qazana süd,şəkər və unu alın, muhalləbi qatılığına  gələnə qədər topaqlanmaması üçün  davamlı  qarışdırın.
  • Göz göz olanda vanilini, Hindistan cəvizi və yağı əlavə edib  qarışdırın.
  • Ocaqdan alıb ilınmaya qoyun.

Keksin  hazırlanması:

  • Ispanaq yarpaqlarını təmiz yuyub  robota yığın.
  • Üzərinə çox az su əlavə edib pürə halına  gələnə qədər  əzin.
  • Yumurtanı köpüklənənə  qədər çırpın.
  • Şəkəri əlavə edib  qabarına qədər çırpmağa davam edin.
  • Duru  yağ və ıspanaq pürəsini əlavə edib  qarışdırın.
  • Un və qabartma tozunu əlavə edib  qarışdırın.
  • Orta boy kələpçəli qəlibin altına   yağlı kağız  sərin və yan divarları yağlayın.
  • Keks  xərcini qəlibə  tökün və 180 dərəcədə  bişirin.
  • Keks  soyuduqdan sonra ortadan ikiyə bölün.
  • Dərin  bir kasanın içərisinə( hər yanına) strec film çəkin .
  • Daha sonra keksin rahat  çıxmasını gözləyin.
  • Keksin bir hissəsini  kasaya  yerləşdirib  əlinizlə qabın şəklini alması üçün  basdırın.
  • İçinə ilınan kremi  tökün və qaşıqla düzəldin.
  • Diğər keks parçasını da üzərinə əlavə edib  yüngülcə basdırın.
  • Üzərinə bir tabaq  qapadıb  1 gecə soyuducuda saxlayın.
  • Ertəsi gün servis tabağına ters çevirerek servis yapın.
  • İstəsəniz  kreminizin  içini daha da zənginləşdirə  bilərsiniz.
  • Məsələn,  banan dilimləri, damla şokolat  və s. istifadə edə bilərsiniz.

Nuş olsun!

So, what do you think ?