Min Bir Dad

İspanaqlı tort

ispanakli_pasta_tarifi2

Lazım olanlar:

  •  3 yumurta,
  • 2 su stəkanı ələnmiş un,
  • 1 çay stəkanı duru yağ,
  • 1 su stəkanı toz şəkər,
  • 1 paket qabartma tozu,
  • 1 paket şəkərli vanilin,
  • 1 su stəkanı rondoda çəkilmiş ıspanaq püresi
  • Kremi üçün:

  • 1,5 su stəkanı  süd,
  • 1 yumurta,
  • 3 yemək qaşığı nişasta,
  • 4 yemək qaşığı toz şəkər,
  • 1 paket vanilin  (azaldıla bilir),
  • 2 yemək qaşığı kərə yağı,
  • Tortun üzərinin  örtülməsi üçün :

  • 1 paket sadə krem şanti,
  • 1 su stəkanı süd,

Hazırlanışı:

  • Yarım dəstə  ıspanağı bol su ilə yuyun və kiçik bir qazana alaraq üzərini keçəcək qədər su ilə bişirin.
  • Bişən ispanaqları süzüb  rondodan keçirin.
  • Yumurta və şəkəri  pansipanyada və keksdə olduğı kimi ağappaq olana qədər çırpın.
  • Duru yağ, un, qabartma tozu və vanili  ələyərək əlavə edin və bir az daha çırpın.
  • Ən son ıspanaq pürəsini qatıb  tamamən qarışana qədər qarışdırın.
  • Marqarin ilə bütün iç hissəsi  yağlanmış qəlibə tökün.
  • Əvvəlcədən 160 dərəcə  qızdırılmış fırında  30 dəqiqəyə yaxın bişirin(fırından almadan ortasını yüngülcə basdıraraq kontrol edin.
  • Əgər yumuşaqdırsa 5-10 dəqiqə daha bişirinfırınlayın.
  • Pandispanyayı bir gün əvvəldən bişirməkdə  fayda var.
  • Tortun kremi üçün lazım olan ərzaqları bir qazana yığın.
  • Vam odda qatılaşana qədər bişirin. (mühəlləbidən daha qatı olmalıdır).
  • Soyuması üçün  ocaqdan alın və ara- sıra qarışdırın.
  • Soyuyan və gözlədilən pandispanyanızı qatlara ayırın (asan kəsilməsi üçün bir gün əvvəlcədən bişirin).
  • Hər qata soyuyan tort kreminındən bolca sürtün.
  • Krem şantiyi 1 stəkan soyuq südlə çırpın və tortun üzərinə yayın.
  • Servis edənə qədər soyuducuda saxlayın .
  • Pandispanyayı kəsərkən çıxan qırıntılardan  tortun üzərinə bəzək vura bilərsiniz.

So, what do you think ?