sayfa içeriği

Min Bir Dad

Ispanaqlı yumurta

Ispanaqlı yumurta

Ispanaqlı yumurta

Ispanaqlı yumurta

Lazım olan ərzaqlar:

  • 500 q ispanaq,
  • 4  yumurta,
  • 1 orta boy soğan,
  • 2-3 şorba qaşığı maye yağ,
  • 1 şirniyyat qaşığı tomat,
  • duz
    Qırmızı toz bibər,
  • istiot,
  • pul bibər,
  • 2 yemək qaşığı

 

Hazırlanma qaydası:

  • İspanaqları təmizləyib yuyun.
  • Suyunu çəkəndən sonra yeməklik doğrayın.
  • Soğanı soyub yeməklik doğrayın.
  • Dərin bir tavaya duru yağı əlavə edərək  qızdırın.
  • Doğradığınız soğanları qızarana qədər yağda qovurun.
  • Soğanlar qızarandan sonra doğradığınız ispanaqları da əlavə edin.
  • Arzuya görə 2 yemək qaşığı düyü əlavə edin.
  • Sonra tomatı  da əlavə edin.
  • İstiot,  pul bibər, toz qırmızı bibər əlavə edərək dadlandırın.
  • Qapağını qapadaraq  və aradabir qarışdıraraq suyunu çəkənə qədər qarışdırıb qovurun.
  • Suyu tamamən quruyanda duzunu əlavə edin.
  • Hazır olan ispanaq qovurmasının üzərində yumurta qırmaq üçün gözlər açın və oraya yumurta qırın.
  • Çalışın yumurta sarıları dağılmasın.
  • Yumurtalar bişdikdən sonra , hər porsiyaya bir yumurta düşməklə isti halda servis edin.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *