Min Bir Dad

İsti şokoladlı keks

0

İsti şokoladlı keks

İsti şokoladlı keks

İsti şokoladlı keks

İsti şokoladlı keks

Qısa zaman ərzində hazırlanan , içi maye halında olan isti şokoladlı keksi   pratik bir şəkildə hazırlayaraq dəvətsiz qonaqlara hazırlaya bilərsiniz

1001 dad saytı ə isti şokoladlı keks tərifini sizlərə təqdim edir.

Bu keksi yaxınlarınızla birlikdə hazırlamanızı və yaxınlarınızla birlikdə nuş etməyinizi arzulayirıq!

2 nəfərlik, 

15 dəqiqə ərzində hazırlana bilir,

 Lazım olan ərzaqlar

  • 85 qram   kərə yağı,
  • 85 qram bitter şokolad,
  • 2 ədəd  yumurta sarısı,
  • 1 ədəd  yumurta,
  • 40 qram toz şəkər,
  • 25 qram un

Fırın qabını yağlamaq üçün:

  • 10 qram   kərə yağı,
  • 10 qram kakao

Servisi üçün:

  • 2 top vanilinli  dondurma,
  • 1 şirniyyat  qaşığı pudra şəkəri

 

Hazırlanma qaydası

  • Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
  • Bitter şokoladı rəndələyin.
  • Kərə yağını kiçik bir sos qazanında vam odda əridin.
  •  Əriyən kərə yağını ocaqdan aldıqdan sonra rəndələnmiş bvitter şokoldadı içinə qatın və əriyənə qədər qarışdırın.
  • Ayrı bir qabda yumurta sarısını, yumurta və şəkər tozunu mikserlə çırpın.
  • Unu qatıb xəfif bir şəkildə qarışdırdıqdan sonra kərə yağlı şokolad qarışımını keks xərcinə qatın.
  • Kekslərin yapışmaması üçün  iki ədəd qabı otaq temperaturunda olan kərə yağı ilə yağlayın və kakao ilə ortün.
  • Daha sonra hazırladığınız keks qarışığını iki qaba bərabər şəkildə bölün.
  • Əvvəlcədən qızdırdığınız fırında keksləri  15 dəqiqəyə yaxın bişirin.
  • Fırından çıxan isti şokoladlı keksləri servis tabaqlarına tərs çevirin və çıxartdıqdan sonra orta hissələrini bıçaqla kəsib kiçik bir parça çıxardın.
  • Üzərinə pudra şəkəri ələdikdən sonra bir top vanilli dondurma əlavəsiylə servis edə bilərsiniz.

So, what do you think ?