Min Bir Dad

İsveç üsulu badamlı keks

İsveç üsulu badamlı keks

İsveç üsulu badamlı keks

İsveç üsulu badamlı keks

 

Çox xəfif bir şirniyyatdır.

Hazırlanması da sizin təxmin etdiyinizdən çox rahardır.

Payızın havası sizin qapınızı çalan zaman özünüzə istirahət vermək üçün bu keksi bişirməyiniz lap yerinə düşər.

Bunları diqqətə alan 1001dad saytı “İsveç üsulu badamlı keks” tərifini sizlərə təqdim etməyi özünə borc bildi.

Bu keksi yaxınlarınızla birlikdə hazırlamağı və soyuq payız günlərində çay süfrələrinizdə nuş etməyi arzu edir!

lazım olan ərzaqlar:

  • 450 q qovrulmamış badam + bir ovuç üzəri üçün,
    450 q şəkər pudrası,
    1 silmə çay qaşığı qabartma tozu,
    1 çay qaşığı  yarım vanilin,
    7 yumurtanın  ağı (otaq  temperaturunda),

Kremi üçün:

  • 6 yumurta sarısı,
    160 ml krema ,
    135 q toz şəkər,
    1  çay qaşığı   yarım vanilin,
    150 q   kərə yağı (otaq  temperaturunda),

Hazırlanma qaydası:

  • Fırınınızı 175 dərəcəyə  ayarlayın və qəlibə  yağlı kağız sərin.
    450 q badamı  mətbəx  robotunda çəkin.
    Ayrı geniş bir qabda pudra şəkəri, qabartma tozu, vanilini  qarışdırın.
    Blenderdən keçirtmiş olduğunuz  badamı  əlavə edib  qarışdırın.
    Quru bir qabda yumurta ağını sərt bir köpük halına  gəlincəyə  qədər çırpın.
    Badamlı  qarışığı yumurta ağına yavaşça əlavə edərək  bir spatula yardımı ilə yavaşca qarışdırın.
    Tək qat hazırlayacağınız  qarışığı bir dəfədə  yağlı kağız sərilmiş bir fırın sinisinə tökün.
    Əğər iki qatlı hazırlayacaqsınız qarışımı ikiyə bölün və iki dəfəyə  bişirin.
    Bişdikdən sonra soyumağa qoyun və siniyi yavaşca tərs   çevirərək çıxardın.
  • Keks kövrək olduğu üçün tez qırıldığı üçün    diqqətli olun.
    Kreması üçün yumurta sarıları, krema, toz şəkər və vanilini  bir sos qazanına  alın və  davamlı  qarışdıraraq orta atəşdə bişirin.
    Sonra ocaqdan alın  alın və soyumasını gözləyin.
    Yumuşalmış  kərə yağını əlavə edib yaxşıca  çırpın.
    Soyuduqdan sonra keksinizin üzərinə və içinə bu qarışımdan sürün.
    Üzərinə  bıçaq ilə  doğradığınız   bir ovuç badamı  səpin və bir  neçə  saat və  ya gecə boyunca soyuducuda  saxladıqdan  sonra servis edin.
    Servis edərkən üzərini əridilmiş şokolat ilə örtə bilərsiniz.

So, what do you think ?