Min Bir Dad

İtalyan  mətbəxi:”Ulduz şəhriyəli ” şorba

0

İtalyan  mətbəxi:”Ulduz şəhriyəli ” şorba

ulduzlu şəhriyə şorbası

8 nəfərlik

1 saata hazırlanır,

20 dəqiqəyə bişir

“Ulduz şəhriyəli”   şorba üçün lazım olan ərzaqlar:

Küftəsi üçün:

  • 1 soğan
  • 1/3 su stəkanı doğranmış təzə cəfəri,
  • 1 yumurta,
  • 1 diş sarımsaq,
  • Duz,
  • İstiot,
  • Yarım su stəkanı  rəndələnmiş  parmesan pendiri,
  • 300 q qiymə,
  • 8 su stəkanıı toyuq suyu,
  • 1 dəstə  doğranmış ıspanaq,
  • 1.5 çay stəkanı ulduz  şəhriyə,

“Ulduz şəhriyəli”   şorbanın hazırlanma qaydası:

  • Küftəni hazırlamaq üçün rəndələnmiş soğan, doğranmış cəfəri,yumurta, əzilmiş sarımsaq, duz  və  istiotu geniş bir qaba alıb qarışdırın.
  • Rəndələdiyiniz parmesan pendiri və qiymənidə əlavə edib yoğurun.
  • Hazırladığınız qiymədən kiçik parçalar ayırıb əlinizin içində yuvarlayaraq küftə şəkli verin.
  • Yağlı kağız sərilmiş bir listə yığın.
  • Şorba üçün toyuq suyu və doğranmış ispanağı bir qazanda qaynadın.
  • Küftələri də əlavə edib qaynadın.
  • Ulduz şəhriyəni də əlavə edib daha 20 dəqiqə qaynadıb bişirin.
  • Duz və istiotunu da əlavə edib ocaqdan alın.
  • İsti-isti servis edin.

So, what do you think ?