sayfa içeriği

Min Bir Dad

Kələm dolması

Kələm dolması

Kələm dolması

Kələm dolması

Azərbaycan Milli Mətbəxi dedikdə, ilk olaraq ağlımıza  gələn ləziz təamlardan biri Kələm dolmasıdır.

Lazım olan ərzaqlar: 

  • Qoyun əti: 162 qram,
  • Düyü: 20 qram,
  • Noxud: 10 qram,
  • Baş soğan: 15 qram,
  • Dolmalıq kələm: 220 ram,
  • Şabalıd: 50 ram,
  • Keşniş: 15 qram,
  • Pomidor: 50 qram,
  • Üzüm sirkəsi:10 q, və ya limon duzu:  2 q,
  • Toz şəkər: 5 qram , və ya doşab – 15 qram,
  • Darçın: 0,1 qram,
  • Duz (lazım olduğu qədər)

Kələm dolması hazırlanma qaydası:

  • Kələm dolması hazırlamaq üçün əvvəlcə qiymə hazırlanır..
  • Qiymə hazırlamamışdan əvvəl soyuq suda noxud ləpəsi isladılır.
  • Şabalıdlar təmizlənir və kiçik ölçüdə doğranılır.
  • Daha sonra soğanlı hazır qiyməyə düyü, əvvəlcədən isladılmış noxud ləpəsi, kiçik ölçüdə doğrnamış şabalıd, doğranmış pomidor, kiçik- kiçik doğranmış göyərti, lazımi qədər istiot və duz əlavə edilir.
  • Bütün bu qarışıqlar və qiymə yaxşıca qarışdırılır.
  • Dolmanın içi hazır olduqdan sonra sıra gəldi kələmin hazırlanmasına.
  • Su geniş bir qazanda qaynadılır.
  • Bu qaynar suda kələm pörtlədilir. Pörtlədilmiş kələmin yarpaqları bir – birindən ayrılır.
  • Hər dolma üçün üç ədəd kələm yarpağı götürülür.
  • Hazırlanan qiymə qarışığı kiçik parçalar halında pörtlədilmiş kələm yarpaqlarının içərisinə qoyulur. Qiymə kələm yarpaqlarına bükülür.
  • Bükülmüş dolmalar səliqə ilə qazana düzülür.
  • Bəzən alt hissədə olan dolmaların yanmaması üçün qazanın dibinə pörtlədilmiş kələm yarpaqları düzülür.
  • Dolmalar bükülüb qazana yığıldıqdan sonra üzərinə yavaş – yavaş qaynar su və ya ət bulyonu tökülür.
  • Ağırlıq üçün Kələm dolması üzərinə kiçik bir tabaq tərs çevrilərək qoyulur.
  • Dolma vam odda bişirilir.
  • Kələm dolması bişənə yaxın (bişməyə təqribən 20 dəqiqə qalmış) üzərinə şəkər və sirkə əlavə edilir.
  • Dolma süfrəyə verilərkən üzərinə bişirildiyi sous  və biraz da darçın tozu səpilir.

Nuş olsun!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *