Min Bir Dad

Kələm turşusu

kələm turşusu

kələm turşusu

Lazım olanlar:

  • 4 kq. kələm,
  • duz,
  • yer kökü 1 kq,
  • 0.5 kq. qırmızı çuğundur.

Hazırlanma qaydası:

  • Hazırlamaq üçün çox da böyük olmayan kələmlər seçilir, onun üst qatı, özəyi çıxarılır.
  • 4 yerə bölünür, çəlləklərə yığılır, üstündən taxta parçası ilə basılır və duzlu su (1 litr suya 400 qram duz) tökülür.
  • Elə etmək lazımdır ki, duzlu su taxta parçasını örtsün.
  • Kələmə xoş rəng vermək üçün onun içinə dilim-dilim kəsilmiş qırmızı çuğundur əlavə edilir.
  • Turşumanı sürətləndirmək üçün çəlləyə bir neçə sütül qarğıdalı qıçası qoyulur.
  • Bir neçə gündən sonra çəlləyin suyundan götürməyə başlayırlar
  •  Çəlləyin suyundan iki həftə ərzində günaşırı götürülür.
  • Turşuma qurtarandan sonra suyun üzərinə bir neçə ovuc təmiz yuyulmuş arpa tökülür.
  • Arpa cücərir və kələmin üstünü kif bağlamaqdan qoruyur.
  • Çəlləkdən kələm götürmək istədikdə üstdəki səməni qatının bir qatı qaldırılır, kələm götürülür.
  • Duzlu kələm çəlləyi üstdən möhkəm örtülməlidir.

 

 

 

So, what do you think ?