sayfa içeriği

Min Bir Dad

Kərə yağlı ev çörəyi

 Kərə yağlı ev çörəyi

kərə yağlı ev çörəyi

Kərə yağlı ev çörəyi

Kərə yağlı ev çörəyi  üçün lazım olan ərzaqlar:

  • 1 stəkan süd,
  •  2 yemək qaşığı təpələmə kərə yağı və ya marqarin,
  • 2 yemək qaşığı təpələmə toz şəkıər,
  • 2 yemək q aşığı yaş maya,
  • 1 ½   stəkan ilıq   su,
  • 8-9   stəkan  (1 kq ) buğda unu,
  • 1 yemək qaşığı silmə duz

Kərə yağlı ev çörəyinin hazırlanması    qaydası:

  • Qaynadılmış südün içərisinə duz, şəkər, yağ qatın.
  • İlıq suyun içində mayanı əzin. Əzdiyiniz mayanın içinə 4-5 qaşıq un qatıb qarışdırın.
  • Üstü qapalı olaraq isti bir yerdə 10-15 dəqiqə qabarmasını gözləyin.
  • Mayalı xəmirlə südü bir -birinə qarışdırın.
  • Sonra isə qalan unu qatıb yaxşıca bir xəmir yoğurun( xəmir əvvəlcə əlinizə yapışa  bilər yoğurduqca elastiklik qazanar və əlinizə bulaşmaz).
  •  Bu hazır xəmiri yağlanmı  bir qaba alın.
  • Xəmirin üzərini də yağlayın.
  • Xəmir qabarana qədər gözləyin.
  • Xəmir göz-göz olub qıcqırmış iyi gələndə xəmiri dəzgahın üzərinə qoyub bir iki dəfə yoğurun.
  • Sonra xəmiri kündələyin.
  • Kündələr özünü tutandan sonra onlara forma verin.
  • Yağlanmış fırın sinisinə çörək xəmirini yerləşdirin.
  • Fırın sinisində xəmir qabarana qədər gözləyin.
  •  Fırını əvvəlcədən qızdırın.
  • Qabarmış  böyük çörəkləri  fırında 40 dəqiqə  , kiçik çörəkləri isə 20 dəqiqə bişirin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *