Min Bir Dad

Kərə yağlı pidəli köftə

 Kərə yağlı pidəli köftə

 Kərə yağlı pidəli köftə

Kərə yağlı pidəli köftə

 

4 nəfərlik

20 dəqiqəyə hazırlanır,

20 dəqiqəyə bişir

Lazım olan ərzaqlar:

Küftəsi üçün:

  • 500 q yağlı qiymə,

  • 1 ədəd orta  boy quru soğan,

  • 1 ədəd  yumurta,

  • 2 yemək qaşığı  suxarı,

  • 1/2 çay qaşığı  duz,

  • 1/2 çay qaşığı  istiot,

  • 1/2 çay qaşığı  cirə,

  • 4 dəstə cəfəri(arzuya görə),

Servisi üçün:

  • 2 ədəd kiçik  boy  pidə,
  • 1 kasa qatıq (çırpılmış),

Sosu üçün:

  • 2 yemək   qaşığı  zeytun  yağı,
  • 1 diş  rəndələnmiş sarımsaq,
  • 1 su stəkanı rəndələnmiş pomidor

Hazırlanma  qaydası:

  • Qızarmış küftələri və  pomidor  sosunu da pidələırin üzərinə gəzdirərək  qısa bir zaman ərzində fırına verib sonra servis edin.
  • Köfteni hazırlamaq üçün   quru soğanı rəndənin incə gözundən keçirin.
  • Küftəyə əlavə edəcəyiniz rəndələnmiş  soğanın suyunu süzün ki, köftələriniz bişərkən dağılmasınlar.
  • Ayrıca köftənin bişərkən dağılmaması üçün soyuducuya da qoyulması çox   vacibdir.
  • Köftənin içərisinə istədiyiniz ədviyyatları qata bilərsiniz.
  • Az miqdar döyülmüş dəfnə yarpağı da  qata bilərsiniz.
  • Köftələrin içərisinə holland pendiri də əlavə edə bilərsiniz.
  • Qızarmış köftələri və  pomidor  sosunu da pidələırin üzərinə gəzdirərək  qısa bir zaman ərzində fırına verib sonra servis edin.
  • Ayıqladığınız  cəfəri yarpaqlarını  incə-incə doğrayın.
  • Orta yağlı qiyməni qarışdırma qabına alın.
  • Yumurta, rəndələnmiş quru soğan, suxarı unu,  doğranmış cəfəri və ədviyyatları yoğurmaya başlayın.
  • Sonra isə istədiyiniz böyüklükdə parçalar ayırıb ovuc içində yuvarladıqdan sonra yastılayaraq köftələr halına salın.

Pomidor sosu üçün:

  • Zeytun yağını kiçik bir tavada qızdırın.
  • Rəndələnmiş sarımsağı əlavə edib qarışdırdıqdan sonra rəndələdiyiniz pomidorları qatın.
  • Artıq suyunu çəkənə qədər vam odda bişirin.
  • Hazırladığınız köftələri yanmaz yapışmaz tavada tərs düz edərək qızardın.
  • Kiçik -kiçik doğradlğınız pidələrin üzərinə kərə yağı sürtərək azacıq fırına verin.
  • Servis əsnasında istifadə edəcəyiniz qatığı  yaxşıca çırpın.
  • Fırından aldığınız pidələri servis tabağına yığın.
  • Qızarmış köftələri   üzərinə düzün.
  • Hazırladığınız pomidor sosla pidələri dadlandırın.
  • Üzərinə əridilmiş kərə yağı gəzdirin.
  • Arzu edənlər qatıq  əlavə edə  bilər.
  • Bəziləri kəklikotu və pul bibər də istifsadə edə bilərlər.
  • Pidələri kəklikotu  və pul bibər  olmadan da servis edə bilərsiniz.
  • Közlənmiş uzunsov bibər və pomidor da əlavə edərək servis edə bilərsiniz.

 Nuş olsun!

So, what do you think ?