sayfa içeriği

Min Bir Dad

Kəsmik

Kəsmik

Kəsmik

Kəsmik

İnsan orqanizmi üçün çox faydalı bir ağartı məhsuludur.

Kəsmik, kalsiyum cəhətdən çox zəngin bir qida məhsuludur.

Azərbaycanda geniş yayılan bir qida məhsuludur.

Kəsmik xüsusi ilə səhər yeməklərində çox istifadə edilir.

Bu dəyərli qida, uşaqlar və hamilə xanımlar  üçün son dərəcə faydalı qida məhsuludur.

Kəsmiyin tərkibində zülal, yağsüd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və lizin amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır.

Kəsmikdən eyni zamanda müxtəlif şirniyyatlar da hazırlanmasında əsas xammal kimi istifadə etmək mümkündür.

Buna misal olaraq: Banan şirniyyatı, Kəsmikli peçenye və s. göstərmək olar.

Buyurun, ev şəraitində kəsmik hazırlanma qaydasını sizə təqdim edirik.

Miqdar:

  • 2 və ya 3 stəkan kəsmik üçün

Hazırlamaq üzün lazım olan ərzaqlar: 

  • Yağlı süd: 2 litr (təqribən 8 stəkan)
  • Qatıq: 2 stəkan

Kəsmik hazırlanma qaydası:

  • Südü əvvəlcə 2 qat qatlanmış tənzifdən süzün.
  • İçərisində yad cisimlər qalmaması üçün bu vacibdir (Bu, UHT süd istifadə etmediyiniz təqdirdə edilməlidir)
  • Südü təmiz qazana qoyun və bişirin.
  • Südü vam odda bişirmək lazımdır.
  • Bişmə əsnasında arada qarışdırmaq mümkünsə qatıq hazırlayarkən edildiyi kimi, sovurmaq lazımdır arada.
  • Bu zaman süd havalanır və məhsul daha keyfiyyətli alınır.
  • Süd qaynamağa başlayan kimi, qaynayan südə qatığı əlavə edilir və qarışdırılır.
  • Bundan sonra yenə də arada qatıqlı südü qarışdırmaq lazımdır.
  • Süd bir neçə dəqiqə qaynadıqdan sonra “kəsilir”, “çürüyür”.
  • Bu zaman hazır olan məhsulumuz mayedən yavaş – yavaş ayrılır və süd bişən qazanda mayenin üst hissəsinə toplanmağa başlayır.
  • Bu arada təmiz tənzifi iki qat qatlayıb bir süzgəcin içərisinə səririk.
  • Burada kəsmik süzüləcək.
  • Məhsul tamamən hazır olub qazanın üzərinə toplandıqdan sonra içərisiə tənzif sərdiyimiz züzgəcdə süzürük.
  • Bu zaman içərisində kəsmik olan tənzifin kənarlarını birləşdiririk və suyunu süməsi üçün bir yerdən asırıq.
  • Bu zaman əllə çıx sıxıb əzməməyə diqqət etmək lazımdır.
  • Hazır olduqdan sonra suyunu çox süzmədən alırıq və hazır olan məhsulu soyuducuda saxlamaq mümkündür.
  • Soyuducuda ev şəraitində hazırladığımız kəsmik, bir həftə xarab olmadan qala bilər.
  • Səhər yeməyi üçün istifadə edilən zaman içərisinə az miqdarda duz, qaraçörək otu (qara zirə) və s. da əlavə edib istifadə etmak olar.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *