Min Bir Dad

Kəsmikli Banan Peçenyesi

Kəsmikli Banan Peçenyesi

Lazım olan ərzaqlar:

Xəmir üçün:

  • 200 qram kərə yağı və ya marqarin,
  • 200 qram xama,
  • Kenton qabartma tozu: 1 paket,
  • 1 çay qaşığı sirkə,
  • 2,5 stəkan əla növ un,

İçlik uçun:

  • 200 qram kəsmik,
  • 100 qram yağ,
  • 1 stckan şəkər tozu,
  • 1 stəkan əla növ un,
  • Kenton vanil: 1 paket,

Üzəri üçün:

Kenton şəkər kirşanı.

Hazırlanma qaydası:

  • Banan şirniyyatı hazırlamaq üçün əvvəl yağ yumşaldılır və unla ovulur.
  • Xamanın üzərinə sirkə, çay sodası əlavə edib yaxşıca qarışdırılır.
  • Sonra yağlı una xamanı qatıb xəmir yoğrulur.
  • Xəmirdən 30-32 ədəd kiçik kündə hazırlanır.

İçliyin hazırlanması:

  • İçlik hazırlamaq üçün kəsmiyin üzərinə şəkər tozu əlavə edib, yaxşıca qarışdırılır.
  • Sonra yağ əlavə edib, çalınır.
  • Una Kenton vanil əlavə edilir və vanilli un mehsullara qarışdırılır.
  • Hazır xəmir kiçik-kiçik kündələrə bölünür, oxlov vasitəsi ilə yüngülvari yayılır.
  • İçərisinə hazırlanan içdən qoyulur.
  • Kənarları yaxşıca bağlanır.
  • Banan formasında bükülür.
  • Bundan sonra sobada 180 dərəcədə 15-18 dəqiqə bişirilir.
  • Banan peçenyesi soyuduqdan sonra üstünə Kenton şəkər kirşanı səpilir.

Nuş olsun!

 

So, what do you think ?