fbpx

Min Bir Dad

Kəsmikli peçenye

0

Kəsmikli peçenye

kəsmikli peçenye

kəsmikli peçenye

 

Kəsmiyin faydası olduqca çoxdur.

Onun tərkibində çoxlu miqdarda kalsium vardır.

Kalsium insan orqanizmini möhkəmləndirir.

Sümükləri, dişləri, saçları  möhkəmləndirir, ürəyin normal fəaliyyəti  üçün  və  görmə üçün  də  çox vacibdir.

Kəsmik mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün də çox faydalıdır.

 Bunları nəzərə alan 1001 dad saytı sizlərə “Kəsmikli peçenye tərifi”ni təqdim edir.

Gündəlik  qidalanmada  kəsmiyin olması uşaqlar və hamilə qadınlar üçün  də olduqca vacibdir.  

Lakin bir çox uşaqlar (və həmçinin də böyüklər) kəsmik xoşlamır.

Bu halda kəsmiklə müxtəlif un məmulatları (peçenye, piroq və s.) bişirməklə  bədənin  kalsiuma olan tələbatını   ödəmək olar .

 

Yaxınlarınızla birlikdə bu peçenyeni nuş etməyinizi  arzu edirik.

 

Kəsmikli peçenye  üçün lazım olan ərzaqlar:

  • 200 qr kəsmik,
  • 100 qr kərə yağ,
  • 1 ədəd yumurta,
  • 2.5 stəkan un,
  • 1 ç/q qabartma tozu,
  • 0,5 stəkan şəkər tozu,

Kəsmikli peçenyenin hazırlanma qaydası:

  • Kərə yağının  otaq temperaturunda   olması vacibdir.
  •  Yumşaq kərə yağı, yumurta, şəkər tozu, vanilin, duzu qataraq   mikserlə çırpın.
  •  Hazırladığınız ərzağın içərisinə ələnmiş un qatıb  xəmir yoğurun.
  • Hazırladığınız xəmirdən kiçik kündələr ayırın.
  • Soba  sinisinə  yağlı kağız sərin.
  • Kündələdiyiniz xəmirləri əlinizlə azca açaraq   soba  sinisinə düzün.
  •  Sobanı qabaqcadan 180 C qədər qızdırın.
  • Peçenyeni 20-25 dəqiqə ərzində bişirin.
  •  Hazır peçenyeni soyudun, üzərinə  şəkər  pudrasını səpin.

Nuş olsun!

So, what do you think ?