fbpx

Min Bir Dad

Kəsmikli peçenye

Kəsmikli peçenye

Kəsmikli peçenye

Kəsmikli peçenye

Kəsmikli peçenye tərkibindəki çox miqdarda  olan  kəsmik, insan orqanizmi üçün son dərəcə faydalı ağartıdır.

Kəsmik, kalsium elementi ilə çox zəngindir. 

Kəsmik sümükləri, dişləri və saçları möhkəmləndirməklə yanaşı, ürək sağlamlığı üçün faydalı qidadır. 

Kəsmik uşaqlar və hamilə qadınlar üçün də son dərəcə faydalıdır.

Buyurun bu yazımızda Kəsmikli peçenye reseptini təqdim edirik. 

Kəsmikli peçenye  üçün lazım olan ərzaqlar:

  • 2 stəkan un,
  • 250 qram yağ,
  • 200 qram kəsmik,
  • Vanil,
  • Toz şəkər,
  • Qabartma tozu,

Kəsmikli peçenyenin hazırlanma qaydası:

  • Peçenyeni hazırlamaq üçün 200 qram kəsmik, 2 stəkan un, 250 qram yağ, vanil, qabartma tozu bir birinə yaxşıca qarışdırılır.
  •  Ancaq bu qarışığa şəkər tozu qarışdırılmır.
  • Şəkər tozu qalır.
  • Bundan sonra peçenyenin xəmiri yoğrulur.
  • Peçenye xəmiri yoğrulub hazır olduqdan sonra biraz gözləmək lazımdır.
  • Təqribən peçenye xəmiri 20 dəqiqə dincəlir.
  • Bundan sonra 20 dəqiqə gözləyən xəmir iki hissəyə ayrılır.
  • Ayrılan xəmirin hər hissəsindən 3 millimetr qalınlığında yuxa yayılır.
  • Yuxa hazır olduqdan sonra, bunları yumru formada kəsmək lazımdır.
  • Bunun üçün də stəkandan istifadə etmək olar.
  • Bu zaman daha səliqəli kəsmək mümkündür.
  • Açılan xəmirlər stəkan vasitəsi ilə dairəvi formada kəsilir.
  • Doğranan yumru xəmir parçaları götürülür və hər biri ayrı – ayrılıqda şəkər tozuna bulanır.
  • Ondan sonra şəkərə bulanmış yumru xəmirlər 4 hissəyə qatlanır. 4 hissəyə qatlanılan peçenye xəmirləri fırın sinisinə səliqə ilə düzülür.
  • Bu zaman duxovka isidilmək üçün elektrik cərəyanına qoşulur.
  • Duxovkanın temperaturu 220 dərəcəyə ayarlanır.
  • Duxovka əvvəlcədən 220 dərəcəyə isidilir.
  • Bundan sonra siniyə düzülmüş peçenyelər 220 dərəcəyə isidilmiş duxovkaya yerləşdirilir.
  • Peçenyelərin üzəri qızarana qədər duxovkada bişirilir.

 

Nuş olsun!

 

 

 

 

So, what do you think ?