sayfa içeriği

Min Bir Dad

Kabak dolması

Kabak dolması

kabak dolması

Kabak dolması

Kabak dolması

Kabak dolması hazırlamağın ən ləzzətli və asand üsulunu anlatacam. Asan bir şəkildə hazırlanan, qiymə və ədviyyatlarla hazırlanan, dadına doymayacağınız bir yemək: kabak dolması. Mükəmməl süfrənin yolu, keyfiyyətli ət və sağlam qidadan keçir deyirsinizsə, videolu anlatımı da mövcud olan kabak dolması (kabaçki) reseptini mütləq oxuyun və izləyin.

Porsiya:

3 nəfərlik.

Hazırlanma müddəti:

25 dəqiqə.

Bişirmə müddəti:

35dəqiqə.

Kabak dolması hazırlamaq üçün  lazım olan ərzaqlar bunlardır.

  1. 5 ədəd kabak (kabaçki) (Cucurbita),
  2. 2 ədəd soğan,
  3. 500 qram qiymə,
  4. 1 stəkan düyü,
  5. 2 qaşıq tomat,
  6. 2 qaşıq marqarin,
  7. 1/2 dəstə şüyüd,
  8. 1 çimdik quru nanə,
  9. 1 stəkan tomatlı su,
  10. üyüdülmüş istiot,
  11. duz zövqə görə,

Hazırlanma qaydası: 

  1. 2 ədəd baş soğanı soyun və doğrayın.
  2. Kabakları (kabaçki) ortadan 2 hissəyə bölün və qabığını bıçaq vasitəsi ilə soyun.
  3. Dolmanın içliyini hazırlayın.
  4. Bunun üçün qiyməyə soğan, düyü, nanə, tomat, istiot, duz əlavə edin və yoğurub qarışdırın.
  5. Qabıqlarını soyub ortadan iki yerə kəsdiyiniz kabakların içərisini bir qaşıq vasitəsi ilə oyub çıxardın.
  6. İçərisini oyub çıxartdığınız kabakların içərisinə qiyməli içliyi doldurun.
  7. İçərisinə qiyməli içlik doldurduğunuz kabakları bir qazana səliqə ilə düzün.
  8. Sonra qazanda dolmaların üzərinə marqarin və şüyüd əlavə  edin.
  9. Bundan sonra ən üstdən də tomatlı suyu əlavə edin.
  10. Vam odda bişirin.
  11. Yeməyi süfrəyə verərkən yanında qatıq olması məsləhətdir.

Nuş olsun!

Bənzər reseptlər: 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *