Min Bir Dad

Kabak salatı

0
Kabak salatı

Kabak salatı

Lazım olanlar:

  • 2 ədəd yaşıl kabak,
  • 2 stəkan qatıq,
  • 1 diş sarımsaq,
  • 2 yemək qaşığı zeytun yağı,
  • 3\4 stəkan qoz ləpəsi,
  • Duz,

Hazırlanma qaydası:

Kabağı rəndələyib 1 qaşıq zeytun yağında yumşalana qədər qovurun.

Sonra soyumağa qoyun.

Sarımsağı əzib qatığa qatın.

Soyuyan kabak qovurmasını və 1\2 stəkan incə çəkilmiş qoz ləpəsini də əlavə edin.

Ən sonda isə duzunu da əlavə edib qarışdıraraq servis tabağına alın.

Üzərini isə qalan zeytun yağı və qoz ləpəsi ilə bəzəyə bilərsiniz.

 

So, what do you think ?