Min Bir Dad

Kakaolu keks

0

Kakaolu Keks

Lazım olan ərzaqlar:

  • 1 paket krem şanti
  • 3 ədəd yumurta
  • 1,5 stəkan şəkər tozu
  • 1 stəkan süd
  • 2,5 stəkan un
  • 0,5 stəkan duru yağ
  • 0,5 stəkan kakao
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • pudra şəkəri (üzəri üçün)
  • Moruq (üzəri üçün)

Hazırlanma qaydası:

Yumurtaları və şəkər tozunu mikserdə ağarana kimi çırpırıq. Üzərinə süd, duru yağ, Kenton vanil və Kenton kakao  əlavə edilir və qarışdırılmağa davam edilir. Daha sonra un əlavə edirik. Yaxşıca qarışdırdıqdan sonra Kenton qabartma tozu əlavə idilir və qarışdırılır. Hazır olan keks xəmirini yağlanmış keks qəlibinə əlavə edilir. Əvvəlcədən 170 dərəcə isidilmiş sobada təqribən 30 dəqiqə bişirilir.

Krem Şanti hazırlanması:

Bir paket krem şanti 200 ml  (1 stəkan) soyuq südə və ya 150 ml soyuq suya əlavə edilir və köpüklənənə kimi mikser vasitəsi ilə çırpılır.

Keks soyuduqdan sonra tort qabına tərsinə çevrilirərək qəlibdən çıxardılır. Üzərinə hazırladığımız Kenton krem şanti əlavə edilir. Yayııldıqdan sonra üzəri çəyirdəksiz giləmeyvələr ilə bəzədilir. Pudra şəkəri vurulur.

Nuş olsun!

So, what do you think ?