fbpx

Min Bir Dad

Kakaolu keks

Kakaolu keks

 

kakaolu keks

kakaolu keks

Kakaolu keks

Hazırlanma zamanı: 50 dəqiqəyə,

 6-8nəfərlik, 

 “Şirniyyatda həddən çox kakao sevənlər üçün əlçatmaz bir ləzzət…”

Kakaolu keks tərifi axtarırsınız? Rahatlıqla sevə biləcəyiniz  ən ləzzətli keks tərifini sizlərlə paylaşmaqdan böyük zövq aldığım üçün həmən keks tərifini sizlərə göndərərəm! Ən çox sevilən təriflərindən biri olan” Kakaolu keks” tərifini böyük bir keyiflə hazırlamanızı və sevdiklərinizlə birgə nuş  etməyinizi arzu edirəm!

Kakaolu kek üçün lazım olan ərzaqlar:

  1. 4 yumurta,
  2. 325 qram kərə  yağı (otaq temperaturunda),
  3. 100 qram kakao (əlavə olaraq  qəlibə  qoymaq üçün 2 şorba qaşığı kakao),
  4.  240 ml qaynar su,
  5.  250 qram qatıq(süzülmüş),
  6. 450 qram toz şəkər ,
  7. 425 qram un ,
  8. 1 çimdik duz,
  9.  10 qram qabartma tozu (1 paket),
  10.  10 qram  soda,
  11. 1  şirniyyat qaşığı vanillin,
  12.  1 çaystəkanı  şokolat,

Üzərini örtmək üçün:

  1. 200 qram  qatılaşdırılmış süd,
  2.  125 qam südlü şokolad,
  3. 125 gram bitter  şokolad.
  4. 1 çimdik duz,

 Kakaolu keksin hazırlanma qaydası:

  1. Fırını 160 dərəcəyə yaxın qızdırın.
  2. Böyük ölçülü , ortası deşik bir yuvarlaq keks qəlibini yaxşıca yağlayın.
  3. 2 şorba qaşığı kakao ilə hər tərəfini  qapayın  və artığını silkələyin.
  4. Orta boy bir kasaya  100 qram kakao və qaynar su qoyun, çırpma teli ilə möhkəm çırpın.
  5. 10dəqiqə gözlədin.
  6. İçinə bir gün əvvəlcədən süzülmüş qatığı əlavə edin. (Süzmə qatıq tercih etməyin, dadını azaldacaqdır, süzülmüş təzə qatıq istifadə etməyiniz önəmlidir.).
  7. Təkrar normal bir qarışıq əldə edincəyə qədər qarışdırın.
  8. Böyük bir kasaya un, qabartma tozu, duz və soda qoyun, çırpma teli ilə qarışdırın.
  9. Başqa bir kasada   kərə yağı və şəkəri köpük -köpük olana dək çırpın, vanilin qoyun, yumurtaları tək -tək əlavə edin.
  10. Unlu qarışıq ilə kakaolu qarışığı yumurtalı qarışığa əlavə edin,   şokoladı əlavə edin və hazırladığınız keks qəlibinə tökün.
  11. 1 saat 15 dəqiqə  bişirin, fərqli fırınlarda zamanlarda fərqli ola bilər.
  12. O üzdən ən yaxşı yöntəm kürdan   testi etməkdir.
  13. Fırından çıxartdığınız keksi 15 dəqiqə qədər ızgara üzərində gözlədib sonra qəlibdən çıxardın.
  14. Tamamən soyuduqdan sonra sos ilə hər tərəfini örtün.
  15. Üzərini  arzu edilən şəkildə  süsləyin.

Kremasının hazırlanmaşı:

  1. Südü qaynadın.
  2.  Altını qapatın.
  3. Şokoladları kiçik parçalara ayırın və qaynar süd kremasının içinə ataraq əridin.

Sonra  duz əlavə edin və 15 dəqiqə gözlətdikdən sonra keksin üzərini örtmək üçün axıdın.

  1. Kremayla örtülən keksi soyuducuda 1 saat və ya otaq   temperaturunda 3 saat saxlayıb servis edin.

So, what do you think ?