sayfa içeriği

Min Bir Dad

Kartof içərisində yumurta

Kartof içərisində yumurta

Kartof içərisində yumurta

Kartof içərisində yumurta

Lazım olan ərzaqlar: 

  • Böyük ölçülü kartof: 2 ədəd,
  • Kərə yağı: 1 yemək qaşığı,
  • Yumurta: 2 ədəd,
  • Basdırma, sucuq,
  • Rəndələnmiş holland pendiri: 2 yemək qaşığı,
  • Doğranmış cəfəri: 1 yemək qaşığı,
  • Duz,
  • İstiot,

 

Kartof içərisində yumurta yeməyi bişirmə qaydası:

  • 2 ədəd iri ölçülü sağlam kartof əvvəlcədən suda bişirilir.
  • Bişirildikdən sonra kartofların eninə üst hissəsindən bıçaq vasitəsi ilə kəsilir.
  • Qaşıq vasitəsi ilə üzəri kəsilən kartofun içərisi oyulur.
  • Divarlarının qalınlığı zövqə görə müəyyən edilir.
  • Bişmiş kartofun içərisi nə qədər çox çıxardılarsa, içlik üçün bir o qədər çox yer açılmış olar.
  • Kartofun içərisini oyub “qab” hazırladıqdan sonra eyni şəkildə ikinci kartofu da hazırlayırıq.
  • Hər kartof “qab”ının içərisinə 0,5 yemək qaşığı kərə yağı qoyuruq.
  • Bundan sonra hər kartof “qab “ının içərisinə bir ədəd yumurta qırırıq.
  • Yumurtanı qoyarkən ehtiyatlı olmaq lazımdır ki, dağılmasın və yumurtanın ağı ilə sarısı bir-birinə qarışmasın.
  • Yumurtalar əlavə edildikdən sonra kartofun içərisinə yumurtaların üzərinə şərid halında dilimlənmiş sucuk, rəndələnmiş holland pendiri əlavə edilir.
  • Bundan sonra isə ən üstə doğranmış cəfəri səpilir.
  • Sonra Kartof içərisində yumurta yeməyinə duz və üyüdülmüş istiot əlavə edilir.
  • Artıq Kartof içərisində yumurta yeməyini bişirmək olar.
  • Bunun üçün fırını 170 dərəcəyə isidirik.
  • İçərisinə içlik materiallarını yerləşdirdiyimiz kartofları burada təqribən 20-25 dəqiqə bişirin.
  • Və ya yumurtanın ağı bişib rəngi ağarana qədər, zövqünüzə uyğun miqdarda bişirin.
  •   Yeməyi isti olaraq servis edin.
  • Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *