fbpx

Min Bir Dad

Kartoflu balıq

katroflu balıq

katroflu balıq

Kartoflu balıq üçün lazım olanlar. 

  • 4 parça qılçığı az balıq,
  • 4 ədət kartof,
  • 2 yemək qaşığı un

    Bulamaq üçün,

  • 2 ədət yumurta,
  • istiot,
  • pul bibər ,
  • kişniş tozu,
  • 3 diş döyülmüş sarımsaq,
  • duz,

Qızartmaq üçün :

  • duru yağ,

Kartoflu balığın  hazırlanma qaydası:

  • Balığı yuyun.
  • Suyunun bir az süzülməsinə çalışın.
  • Kağız  ilə də quruda bilərsiniz.
  • .Balığın böyüklüyünə görə əvvəlcə tam ortadan, sonra da yanlardan dördə bölün .
  • İstərsəniz sadəcə  iki parçaya ayırın .
  • Duz və ədviyyatla qarışdırıb, ağzı qapaqlı bir qabda soyuducuda ən azı bir saat gözlədin.
  •  Kartofları iri rəndədən keçirdib suyunu tamamən sıxın. Bir qaba yığıb içinə yumurta, un, duz və azca istiot əlavə edib yaxşıca qarışdırın.
  • Balığı əvvəlcə una bulayıb sonra üzərinə kartofu yaxın. Əlinizin içində tərs çevirərək diğər tərəfinə  də eyni şəkildə kartof yaxın.
  • Bol qızğın yağın içinə yerləşdirin.
  •  Nar kimi qızarana qədər bişirin.

So, what do you think ?