Min Bir Dad

Kartoflu blinçik

Kartoflu blinçik

Kartoflu blinçik

Kartoflu blinçik

 

Kartoflu blinçik

Geniş  ailə qəhvəaltıları onsuz olmur, şokolad əzməsi onu çox  sevir,  mürəbbə ona bayılır, pendir çeşidləri onunla sarıp sarmaladığında əriyib  özündən gedir.

Tüstüsü  üzərində tütən incəcik blinciklərdən bəhs edirik əlbətdə.

Tül incəliyində  olan  bu  xəmir işini qəhvəaltılarımızdan, çay süfrələrimizdən  məhrum etməyin.

Qırılsın yumurtalar, ələnsin  un.

Tökülsün incəcik blinciklər  bir-bir.

Sabah qəhvəaltınız üçün  çox ləzzətli bir tərif.

Uşaqlarınızıda bu tərifi çox sevəcəklər.

Daha öncə  sizlərə fərqli qəhvəaltı tərifləri  vermişdik.

Bu gün onlar arasına bir yeni tərif də əlavə edirik  və 1001 dad yemək saytı bu tərifi sizin diqqətinizə çatdırmağa çalışır.

Bu blinçiki yaxınlarınızla birlikdə hazırlamağınızı və birlikdə nuş etməyinizi arzu edir!

Lazım olan ərzaqlar:

  • 5 ədəd t orta boy kartof,
  • 300 ml süd,
  • 300 qr un,
  • 3 – 4 yumurta,
  • 3 diş sarımsaq,
  • 1 şirniyyat  qaşığı  şəkər  toz,
  • 3 yemək qaşığı duru  yağ,
  • İstiot,
  • duz
  • Arzuya görə cəfəri və şüyüd,

Qızartmaq  üçün:

  • Duru  yağ,

Blinçik üçün lazım olan ərzaqlar:

  • 2yumurta
  • 1 stəkan süd,

  • 1/2 stəkan su,

  • 1 yemək qaşığı  zeytun yağı,

  • 6 yemək qaşığı  un,

  • 1/2 çay qaşığı duz,

Bişirmək   üçün:

  • 1 yemək q aşığı  duru yağ,

Kartoflu blincik necə hazırlanır?

  • Kartofların qabıqlarını soyaraq duzlu suda yumşalana qədər bişirin.
  • Kartofları bişirərkən sudan yetərincə istifadə edin.
  •  Daha sonra kartofları əzərək püre  halına gətirin.
  • Əzmək  üçün  blender  də istifadə edə bilərsiniz.
  • Kartofların suyunu süzməyə ehtiyac yoxdur   çox deyilsə.
  • Kartofları suyu ilə birlikdə əzə bilərsiniz.
  •  Sarımsaqları çox incə doğrayın.
  • Cəfəri və şüyüdü də incə doğrayın.
  • Kartofların  içinə sarımsaq və göyərtiləri əlavə edib  qarıştırın.
  • Eynı şəkildə diğər ərzaqları da  qarışdırın.
  • 20 dəqiqə dincə qoyun.
  • Daha sonra tavada blinçik bişirin.
  • Sevdiğiniz soslarla servis edə bilərsiniz.

Blinçikin hazırlanma qaydası:

  • Blinçik xəmirini hazırladıqdan sonra içərisində yumrular qalmasın deyə süzgəcdən süzün.
  • Xəmiri ən az 5 dəqiqə dincə qoymaq lazımdır.
  • Beləliklə də tavada qalan yağ  da almış oluruq.
  • Blinçik xəmirini hazırlamaq üçün   yumurtaları dərin bir qaba qırın.
  • Su, süd, zeytun  yağı və ələnmiş unu əlavə etdikdən sonra  bütün ərzaqları bir çırpıcı yardımıyla yaxşıca çırpın ki, içərisində yumrular qalmasın.
  • Yanmaz yapışmaz tavada duru yağ ilə yağladıqdan sonra kağız dəsmal yardımı ilə yağın artığını alın.
  • Kiçik bir çömçə yardımı ilə tavaya axıdın və hər tərəfinə bərabər şəkildə yayın.
  • Üzəri deşik -deşik olan blinçikləri  tərs düz edib  hər iki tərəfini 1 dəqiqə qədər bişirin.
  • Tavanı arada kağız   dəsmal  ile yağlayın və eyni işləri blinçiklərin hamısı bişənə qədər davam etdirin.
  • Bişən blinçikləri geniş bir qaba alın üzərlərini bir qapaqla örtün  soyusun.
  • Soyuyan blinçiklərinizi hazırlayaraq servis edin.

Nuş olsun!

So, what do you think ?