Min Bir Dad

Kartoflu omlet

kartoflu omlet

kartoflu omletev

Kartoflu omlet

Bu yazımızda fərqli bir omlet tərifi anlatacıq sizə.

Çox ləzzətli bir yemək olan Kartoflu omlet yemək reseptini sizə təqdim edirik:

Bişirmək üçün lazım olan ərzaqlar:

  • Kartof: Bir ədəd,
  • Un: Bir yemək qaşığı,
  • Yumurta: Bir ədəd,
  • Kərə yağı,
  • Duz.

Kartoflu omlet hazırlamaq qaydası:

  • 1. Kartofu əvvəlcə yuyun.
  • Sonra kartofun qabığını soyun.
  • Qabığını soyduğunuz kartofu mətbəx rəndəsindən keçirin.
  • 2. Rəndələdiyiniz kartofun içərisinə un, yumurta və duz vurun.
  • Kartof rəndəsi, yumurta və duzu bir birinə yaxşıca qarışdırın.
  • 3. Dibi yapışmayan (teflon) tavaya biraz kərə yağı qoyun.
  • Ocağı yandırın.
  • Kərə yağını əridin.
  • Kərə yağı əridikdən sonra hazırladığımız kartof rəndəli, yumurtalı un və duzlu qarışığı kərə yağlı tavaya əlavə edin.
  • 4. Yapışmayan tavanın qapağını örtün.
  • Omletin hər iki tərəfi bişib qızarana qədər vam odda bişirin.
  • 5. Qızarıb bişən omleti isti – isti süfrəyə verin.

Nuş olsun!

So, what do you think ?