Min Bir Dad

Kartoflu xəngəl

0
Kartoflu xəngəl

Kartoflu xəngəl

Kartoflu xəngəl

Kartoflu xəngəl hazırlamaq üçün lazım olanlar:

  • Yarım kq un,
  • 2 yumurta,
  • Duz,
  • Ilıq su,

içi üçün:

  • Yarım kq kartof,
  • 1 quru soğan,
  • Duz,
  • Duru yağ,
  • Istiot,
  • Kəklik otu,
  • Nanə,
  • 1 yemək qaşığı tomat,

Hazırlanması:

  • Unun içinə yumurtaları qırın.
  • Bir şirniyyat qaşığı duz atın.
  • 10 dəqiqəyə yaxın xəmiri yoğurun.
  • Bir yandan da kartoflarl bişirin.
  • Bişən kartofları rəndələyin.
  • Bir tavada yarım çay stəkanı yağda incə doğranmış soğanları qovurun.
  • Duzunu, tomatını, ədviyyatlarını da qatın.
  • Bir az daha qovurduqdan sonra soyumağa qoyun.
  • Soyuyan soğanı kartof rəndəsinin üzərinə əlavə edin.
  • Kündələrə ayırıb dincə qoyduğunuz xəmirləri yuxadan bir az qalın yayın.
  • Su stəkanı ilə kənardan başlayaraq kəsin.
  • Hazır içdən xəmirin içinə yarım yemək qaşığı qoyub bükün.
  • Kənarlarını bərkidib unlanmış siniyə qoyun.
  • Bir qazanın içinə duzlu su qoyub qaynadın.
  • Suyun içinə duru ağ əlavə edin.
  • Qaynayan suyun içində mantınızı bişirin.
  • Bişən mantıları servis tabağına alın.
  • Üzərinə sarımsaqlı qatığı əlavə edin.
  • Kiçik bir tavada kərə yağı və pul bibəri qovurub mantının üzərinə gəzdirin.

So, what do you think ?