Min Bir Dad

Küftəli badımcan kababı

bad;mcan kabab

Küftəli badımcan kababı

Küftəli badımcan kababı üçün lazım olan ərzaqlar:

  • 500  q orta yağlı qıyma,
    3 dilim köhnə çörək,(Rəndələnmiş və ya ufalanmış)
    1 ədət  rəndələnmiş böyük soğan,
    2 diş sarımsaq,
    1 ədəd yumurta,
    1 çay qaşığı duz,
    1 çay qaşığı pul bibər,
    1 çay qaşığı istiot,
  • 4 adet badımcan ,
  • 3 ədəd pomidor,
    5-6 ədəd  bibər,

    Küftəli badımcan kababını qızartmak üçün :

  • duru yağ,

    Tomatlı sos üçün:

  • 1 yemək qaşığı tomat,
    1 su stəkanı qaynar su,

Küftəli badımcan kababının hazırlanmaq qaydası:

  • islim-kebabı-yapılışı
  • İlk olarak 500 gram orta yağlı qiyməmizi yoğuracağımız tavaya alırıq.
  • Üç dilim köhnə çörəyi ufalayaraq qiymənin içinə əlavə edirik.
  • Soğanı soyub yuyuruq.
  • Yuduğumuz soğanı da rəndələyib qiymənin içinə əlavə edirik.
  • Bir ədət yumurta və rəndələnmiş sarımsağı  da  əlavə edib bir çay qaşığı duz, bir çay qaşığı pul bibər və bir çay qaşığı istiotu da qiymənin içinə əlavə etdikdən sonra yoğurmağa başlıyırıq.
  • Yumurta böyüklüyündə bir parça alıp şəkil veririk və  fırın tabağına düzürük.
  • Küftələri  tam olaraq  bişirmədən 200 dərəcə  qızdırdığımız fırında 15 dəqiqə  bişiririk.
  • Dörd  ədət badımcanı alacalı olarak soyuruq.
  • Sonra  incə- incə uzunsov şəkildə dilimləyirik və badımcanlarımızı 30 dəqiqə  duzlu suda saxlayırıq.
  • 30 dəqiqə saxladıqdan sonra kağız dəsmal ilə  badımcanların artıq suyunu alırıq.
  • Tavada yağı qızdırırıq.
  • Qızdırdığımız  yağın içində  badımcanları  qızardırıq.
  • Qızaran  badımcanları çıxardırıq.
  • Kağız dəsmal üzərinə qoyuruq ki ,artıq yağını alsın.
  • Bundan sonra iki dilim badımcanı X şəklində üst-üstə  qoyuruq.
  •  Daha sonra ortasına hazır küftəmizdən qoyuruq.
  • Pomidorları iki yerə bölürük.
  • Bibərləri də eyni qaydada ikiyə bölürük.
  • Badımcanın ortasına yerləşdirdiyimiz küftənin hər tərəfinə badımcanı qatlayıb üzərinə  doğradığımız pomidoru  yerləşdiririk.
  • Lap sonda isə bibərlərimizi də kurdanla küftənin üzərinə bərkidib  fırın tabağına düzürük.
  • Sonra sosumuz hazırlamaq  üçün bir yemək qaşığı tomat və bir su stəkanı qaynar suyu qarışdırırıq.
  • Hazırladığımız tomat sosunu badımcan kababının üzərinə gəzdirərək tökürük.
  • Fırınımız 200 dərəcədə  ikən 20-25 dəqiqə  daha bişiririk.
  • Küftələrimizi daha əvvəlcədən tam bişirməməyimizin səbəbi təkrar bişirəcək olmağımızdır.
  • Küftəli badımcan kababı bişdikdən sonra tabaqlara alıb servis edə bilərik.

So, what do you think ?