Min Bir Dad

Kadayıf

Kadayıf

kadayıf

Kadayıf

Kadayıf

Kadayıf hazırlamaq çox asantdır.

Ramazan süfrəsi bəzəyi olan bu ləzzətli şirniyyatı hazırlamaq üçün reseptimiz:

Kadayıf  hazırlamaq üçün lazım olan ərzaqlar: 

  • 300 qram kadayıf
  • 150 qram kərə yağı,
  • Qoz ləpəsi,
  • Şərbət üçün:

  • 3 stəkan şəkər tozu,
  • 4 stəkan su,
  • 4-5 damla limon suyu.

Kadayıf hazırlama qaydası: 

Şərbətin hazırlanması: 

  • Bu şirniyyatı hazırlanarkən əvvəlcə şərbət hazırlanaraq soydulmalıdır.
  • Bunun üçün əvvəlcə şəkər və su kiçik bir qazanda qoyulur.
  • Qaynamağa başladıqdan 10 dəqiqə sonra limon da şərbətə əlavə edilir.
  • 5 dəqiqə də qaynadıldıqdan sonra şərbət ocaqdan götürülür
  • Kərə yağı əridilir və tel şəklindəki kadayıfın üzərinə gəzdirilir.
  • Kadayıf qarışdırılaraq kadayıf yaxşıca yağlanılır.
  • Sonra yağlı kadayıfın yarısı alınaraq kiçik bir fırın qabına yerləşdirilir və üzərindən ovcun içərisi ilə yüngülcə basılaraq sıxışdırılır.
  • Bu sıxışdırılmı kadayıfın üzərinə çox miqdarda qoz ləpəsi səpilir.
  • Qoz ləpəsi üzərinə qalan kadayıflar qoyulur.
  • Bundan sonra yenə əlin içərisi ilə sıxılır.
  • Kadayıf əvvəlcədən 180 dərəcə isidilmiş fırında üzəri qızarana qədər bişirilir.
  • Fırından çıxartdıqdan 5 dəqiqə sonra ilk qaynarlığının keçməsi üçün gözlədilir.
  • Bundan sonra kvadrat və ya pizza dilimi şəklindədilimlənir.
  • Soyumuş şərbəti kadayıfın üzərində gəzdiririk və şərbəti çəkməsi üçün biraz gözlədirir.
  • Şərbət soyuq olmalıdır. İsti olduğu təqdirdə kadayıf xəmirləyər.
  • Kadayıf şirniyyatı, üzərinə dondurma qoyularaq da servis edilməsi mümkündür.

Nuş olsun!

 

So, what do you think ?