Min Bir Dad

Kök dolması

0

Kök dolması

 

kök dolması

 

Kök dolması  üçün lazım olan ərzaqlar:

  • 8ədəd  orta boy   kök,
  • 4 şorba qaşığı   düyü,
  • 200 qram orta yağlı qiymə,
  • 1 ədəd  incə   doğranmış  soğan,
  • 10   dənə cəfəri və şüyüd,
  • 1 şirniyyat  qaşığı pomidor  tomatı,
  • 1 şorba qaşığı   kərə yağı,
  • 1 çay qaşığı   istiot,
  • Yetərin qədər  su,
  • Yarım şirniyyat  qaşığı duz,

Kök dolmasının hazırlanma qaydası:

  • Köklərin qabıqlarını soyub təmizləyin.
  • Təmizlədiyiniz köklərin içərisini oyub çıxardın.
  • Düyünü yuyub ayırtlayın.
  • Tərəvəzləri də yuyub suyunu qurutduqdan sonra kiçik -kiçik doğrayın.
  • Sonra isə  düyü, qiymə,   soğan, şüyüd, cəfəri, tomat , kərə yağı, istiot və duzu qarışdırın.
  • Hazırladığınız qarışımı  içərisini təmizlədiyiniz   köklərin içlərinə  yığın.
  • Hazırladığınız kök dolmalarını yanı üstə olmamaqla bir qazana  yerləşdirin.
  • Üzərinə 1 su stəkanı isti su əlavə edib  vam atəşdə köklər yumşalana qədər   bişirin .
  • Hazır dolmaları isti və ya soyuq halda servis edin.

So, what do you think ?